23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Elhad Nəziri: "Bu, karyeramdakı ən mühüm titul olacaq"

Milli komandamızın və Rumıniyanın "Petrolul" klubunun müdafiəçisi Elhad Nəziri Futbolxeber.az saytına müsahibə verib. 
 
- Bazar günü Rumıniya çempionatının 33-cü turu çərçivəsində "Petrolul" səfərdə "Universitate Kluj"u məğlub etdi. Həmin oyunda meydana çıxmamağının səbəbi nə idi? Zədən var idi, yoxsa məşqçi şans vermədi?
- Zədəm yoxdu. Sadəcə oyunun gedişinə əsasən belə alındı. Bu, baş məşqçinin qərarıdı. O hamıdan yaxşı bilir kim nə vaxt meydanda olmalıdı. 
 
- Ümumiyyətlə, əsas heyətdəki yerini möhkəmləndirməyinə nə mane olur?
- Mənim mövqeyimdə oynayan futbolçular neçə ildir ki, bu komandanın əsas oyunçularıdı. Demirəm məndən güclüdürlər, sadəcə məşqçilər korpusu onları daim meydana buraxır. Ortada ciddi bir problem yoxdu, hər şey qaydasındadı, məşqimi edib, öz şansımı gözləyirəm. 
 
- Artıq Rumıniyada mövsüm yekunlaşmaq üzrədi, sona cəmi 1 tur qalıb. Gələcəyinlə bağlı nə düşünürsən? Komandada qalmaq istəyirsən, yoxsa gedəcəksən?
- Hələ klubla 3 illik müqaviləm var. Bu haqda baş məşqçiylə danışacağam. Özüm də ehtiyatda qalmağı istəmirəm. Bir az səbr etmək lazımdı. Hazırda bütün fikrimiz kuboku qazanmağa yönəlib. İnşallah kuboku qazanandan sonra qərar verəcəm ki, komandada qalıram, ya yox. 
 
- Digər klublardan təkliflər var?
- Təkliflər var. Amma yenə deyirəm, yekun qərarımı kubokun final matçından sonra verəcəyəm. 
 
- Təkliflər xaricdəndi, yoxsa Azerbaycan klublarından?
- Ad çəkmək istəmirəm. Qismət olsa, bu barədə hər kəs məlumat alacaq.
 
- Finalda "ÇFR Kluj"la qarşılaşacaqsınız. Həmin oyun nə vaxtdı?
- Final oyunumuz ayın 1-dədi. 
 
- Həmin matç barədə nə düşünürsən? Səncə, Rumıniyadakı ilk titulunu qazana biləcəksən?
- Bütün komanda - rəhbərlik, məşqçilər korpusu, futbolçular bu oyuna köklənmişik. Həmin qarşılaşma bizim üçün çox vacibdi. İnşallah sevinən tərəf  biz  olarıq. Əlimizdən gələni etməliyik ki, kuboku qazanaq. Bu, mənim üçün karyeramda ən önəmli titul olacaq. İnanıram ki, kuboku qazanacağıq. 
 
- Məhz həmin oyuna göre millinin Qətərlə oyununa yollana bilmədin. Bəs, Bakıya nə vaxt qayıdacaqsan?
- Bakıya final oyunundan sonra qayıtmalıyam. Yəqin ki, iyunun 3-də Bakıda olacağam. 
 
- Lüksemburqla oyundan nə gözləyirsən?
- Bu oyunda qələbə həm xalqımız, həm də millimiz üçün çox vacibdi. Heyətdə kimin oynayıb, kimin oynamamasının heç bir fərqi yoxdu. Əsas odur ki, qələbə qazanaq. İnanıram ki, bu tsikldə ilk qələbəmizi məhz həmin oyunda qazanacağıq. 
 
Elman MƏHƏRRƏMOV
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30