17 Mart 2026, Çərşənbə axşamı
Ayın qolunun müəllifi mükafatlandırıldı
Yuri Vernidubdan qələbə şərhi
Emreli 8 ay sonra qol vurdu
Berdiyev: “Vacib iki xal itirdik”

Ölkə futbolu

Pavel Paşayev: “Millidə debüt etməyimdən razıyam, oyunumdan yox”

“Moldovaya qarşı oynadıq. Bu ili qələbə ilə başa vurduq. Bu da çox xoşdur. Ümid edirəm ki, gələn il qələbələrimizin sayı daha çox olacaq”. Futbolxeber.az saytına açıqlamasında bu sözləri milli komandamızın üzvü Pavel Paşayev deyib.

Moldova ilə matçda (2:1) Azərbaycan yığmasında debüt edən Paşayev, oyunundan razı qalmadığını qeyd edib: “Azərbaycan millisində debüt etməyimdən razıyam. Amma oyunumdan yox. Çünki daha yaxşı oynaya bilərdim. Yəqin ki, bunda son zamanlar klubda oynamamağımın da rolu var”.

Pavel Paşayev yığmadakı ab-havadan da söz açıb: “Qəbələ qazanmaq hər zaman xoşdu. Bu nəticədən hamı razıdı. Komandada əhval-ruhiyyə yaxşıdı. Oyundan sonra baş məşqçi Robert Prosineçki də yaxşı oyuna görə komandaya təşəkkür etdi”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31