29 Oktyabr 2025, Çərşənbə
Millimiz Qazaxıstana qalib gəldi
Samir Abasovdan qələbə şərhi
Sadıqov: “Çox vacib 3 xal qazandıq”
“İkinci hissədə biz daha üstün idik”

Ölkə futbolu

AFFA azarkeşlərə qarşı təhqiredici ifadələr işlədən futbolçunu cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Futbolxeber.az-ın məlumatına görə, I Divizionun IX turunun  “Neftçala”  - “Şəmkir” matçında “Neftçala” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 74-cü dəqiqəsində “Neftçala” klubunun 4 №-li futbolçusu Ramazan Həsənov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.

Oyunun 90+1-ci dəqiqəsində “Şəmkir” klubunun 11 №-li futbolçusu İlham Allahverdiyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.

Oyunun 90+2-ci dəqiqəsində “Şəmkir” klubunun 6 №-li futbolçusu Rəhman Şabanov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı zaman azarkeşlərə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 3 cəzalanıb, klub 200 manat cərimə olunub.

Oyun başa çatdıqdan sonra “Şəmkir” klubunun 7 №-li futbolçusu Bəhruz Teymurov hakimi təhqir etdiyinə görə futbolçu 4 oyunluq cəzalanıb, klub 400 manat cərimə olunub.

 

 


pfl.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31