19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Robert Prosineçki: “Bu oyun mənim üçün çox vacibdi”

Milli komandamızın baş məşqçisi Robert Prosineçki bu gün jurnalistlər üçün brifinq keçirib. Futbolxeber.az-ın məlumatına görə, xorvat mütəxəssis yığmanın açıq məşqindən öncə media nümayəndələrinin suallarını cavablandırıb.

- Bir müddət öncə səhhətinizdə problem yaranmışdı. İndi vəziyyətiniz necədi?

- İndi özümü yaxşı hiss edirəm, hər şey qaydasındadı. Çox sağ olun.

- Heyətdəki zədəli futbolçuların durumu necədi?

- Bir yox, bir neçə futbolçumuz zədəlidi. Lakin bu bizə problem yaratmayacaq. Əvvəldən də indiyədək millidə çıxışını görmədiyim bir neçə futbolçunu sınaqdan keçirməyi düşünürdüm. Moldova ilə oyunda yeni futbolçuları sınaqdan keçirəcəyəm.

- Moldova ilə matçda millimizin şansını necə dəyərləndirirsiz?

- Bu oyun mənim üçün çox vacibdir. Yoldaşlıq oyunu olsa belə. Biz hər oyunda qələbə qazanmaq istəyirik. Oyuna hazırlığımız davam edir. Məqsədimiz noyabrın 17-də gözəl futbol göstərmək, yaxşı nəticə əldə etməkdi.

- 19 və 21 yaşadək futbolçulardan ibarət yığmaların Avropa çempionatının seçmə qrup mərhələlərindəki nəticələrini necə dəyərləndirirsiz? Həmin komandalardan kimsə əsas milliyə kömək edə bilər?

- Hər iki komandanın nəticəsi ilə heç kim razı ola bilməz. Onların oyunlarına baxmışam. Sözsüz ki, nəticədən razı qalmadım. Bu gün o komandalardan əsas millidə çıxış edə biləcək futbolçu görmürəm. Əsas millidəki bir neçə futbolçu baş məşqçi Yaşar Vahabzadə ilə birgə Almaniyaya gedib. Çünki, vacib oyundu.

- Rəşad Sadıqovun millidəki gələcək taleyi ilə bağlı yekun qərar qəbul edilib?

- Bolqarıstanla qarşılaşmadan sonra 3 dəfə Sadıqovla danışmışam. Onun gələcək taleyi ilə bağlı çox söhbət etmişik. İstərdim ki, Rəşad yığmada qalsın. Çünki onun milliyə köməyi dəyəcək. Yekun qərarı özü qəbul edəcək.

- Eddi İsrafilovun yığmaya çağırılmamasının səbəbi nədir?

- Şadam ki, bizim millidə İspaniya La Liqasında oynayan futbolçu çıxış edir. Ötən tur İsrafilov 90 dəqiqə oynayıb və komandası qalib gəlib. Noyabrın 20-də "Eybar"ın La Liqada növbəti oyunu olacaq. Şans verdim ki, klubunda qalsın. Mənə vacibdir ki, o, əsas heyətdə yer tapsın və oyun təcrübəsi qazansın. Klub mənə müraciət edib, "Eybar"ın baş məşqçisi xahiş edib ki, mümkünsə, bu toplanış müddətində yığmaya gəlməsin və komandasına kömək etsin. Ən başlıcası, "Eybar"ın əsas heyətdə yerini möhkəmləndirməsidir. Eddini növbəti oyunlara dəvət edəcəyik.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30