19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Xaqani Məmmədovla bağlı şok

AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov və sabiq referi Ramiz Əsədovla bağlı sensasiya sayılacaq video yayılıb. Futbolxeber.az-ın məlumatına görə, bu videonun əks olunduğu oyun hələ 2001-ci ildə UEFA kuboku çərçivəsində keçirilən "Osiek" (Xorvatiya) və "Dinaburq" (Latviya) arasında keçirilib.

Həmin qarşılaşma azərbaycanlı hakimlər briqadasına həvalə olunub. Matçın baş hakimi təyin olunan Asim Xudiyevə Rufulla Kərimov və Ramiz Əsədov köməklik edib. Xaqani Məmmədov isə dördüncü referi funksiyasını yerinə yetirib.

Latviya baş tutmuş ilk görüşdə rəqibinə 1:2 hesabı ilə uduzan Xorvatiya təmsilçisini cavab matçında 1:0 hesablı qələbə də qane edirdi. Asim Xudiyevin 44-cü dəqiqədə təyin etdiyi penaltini dəqiq yerinə yetirən Xorvatiya təmsilçisi hesabda önə keçib. Bu hesab "Osiek"i növbəti mərhələyə çıxaracağından, Latviya klubunun rəsmilərinin ikinci hissənin gedişində azərbaycanlı hakimlərə rüşvət təklif etdiyi iddia olunur.

Aşağıdakı təqdim etdiyimiz videonun 3.40-cı saniyəsində Xaqani Məmmədovun 72-ci dəqiqədə qonaqların sonuncu əvəzetməsi zamanı laysman Ramiz Əsədova "heç-heçəyə 15 dənə verirlər" deməsi aydın eşidilir.

Qeyd edək ki, oyun elə 1:0 hesabı ilə başa çatıb və Xorvatiya klubu növbəti mərhələyə yüksəlib. 

Mənbə: qol.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30