28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Bakı”nın bombardiri milliyə niyə dəvət almır?

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununda Bakıda Ukraynaya 0:4 hesabı ilə məğlub olan 19 yaşadək futbolçulardan ibarət millimiz bu gün Türkiyə ilə üz-üzə gələcək. Futbolxeber.az-ın məlumatına görə, bu gün əsas millimiz kimi, bütün aşağı yaş qrupları üzrə komandalarımız da hücumçu yoxluğundan əziyyət çəkir. Ukraynaya məğlubiyyətdən sonra U-19-un baş məşqçisi Nazim Süleymanov komandasının aparıcı hücumçuları İlkin Sadıqov və Qara Qarayevin yoxluğunu qeyd etmişdi. Həqiqətən də Ukrayna ilə oyunda millimizin hücumun mərkəzində axsadığı hiss olunurdu. Bütün bunları nəzərə alaraq, cari mövsüm “Bakı”nın heyətində özünü yaxşı tərəfdən göstərən Umar Akmurzayevin U-19-a dəvət almaması maraq doğurur. Artıq aktivində 5 qol olan Umar, hazırda I divizionun liderlərindən olan “Bakı”nın bombardiridir. Akmurzayev daha əvvəl həm U-17, həm də U-19-un heyətində çıxış edib. 1997-ci il təvəllüdlü futbolçunun seçmə mərhələdə millinin heyətindən kənarda qalması anlaşılmazdır. Hər halda, əminliklə söyləmək olar ki, cari mövsüm özünü yaxşı tərəfdən göstərən hücumçu, İlkin Sadıqov və Qara Qarayevin yoxluğunda U-19-a faydalı olardı.

I divizionun 7-ci turu çərçivəsində “Şahdağ”a qarşı baş tutan oyunu U-19-un baş məşqçisi Nazim Süleymanov stadiondan izləyirdi. Həmin maçtda “Bakı”nın forvardı 2 qol vurdu və komandasının ən yaxşılarından biri idi. Bu halda Nazim Süleymanov 18 yaşlı forvard niyə dəvət göndərməyib? Üstəlik, “Bakı”da Akmurzayevin klubda baş məşqçisi olan Novruz Əzimov U-19-da da köməkçi-məşqçi kimi çalışır...

Dünən “Turan-Tovuz”la matçdan sonra “Bakı”nın məşqçisi Qəhrəman Əliyev Umarın milliyə dəvət almaması haqda sualı belə cavablandırıb: “Bu gün “Bakı”da millidə oynamağa layiq olan futbolçular var. Amma son qərarı millinin məşqçiləri verir. Müşviq İlyasov, Umar Akmurzayev və Raul Yaqubzadəni milliyə məsləhət görərdim”.

Akmurzayev isə U-19-dan kənarda qalması haqda deyib: “Son qərarı millinin baş məşqçisi verir. Deməli, öz üzərimdə daha çox işləməliyəm. Buna baxmayaraq, mən ruhdan düşmürəm və çalışıram ki, daha da yaxşı formada çıxış edim. İnşallah, daha çox çalışacam ki, milliyə dəvət olunum”...

Görəsən, Umar Akmurzayev U-19-a niyə dəvət almayıb? Bu sualı axşam Türkiyə ilə oyundan sonra mütləq Nazim Süleymanova ünvanlamaq lazımdı...

Futbolxeber.az

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31