24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Böyükağa Hacıyev “Nefçi”nin indiki durumui haqda: “Çıxış yolunu bilsəm də, demərəm”

“Görünən kəndə nə bələdçi? “Neftçi”nin durumu göz qabağındadır. Ancaq bu gün “Neftçi”də başqa baş məşqçi və məşqçilər var. Buna görə də komandanın nəticlərinə onlar cavab verməlidir”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri qol.az-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev deyib.

Sabiq komandasının bu vəziyyətə düşəcəyini əvvəlcədən

proqnozlaşdırdığını bildirən Hacıyev çıxış yolları haqda danışmaq istəməyib: “Mənim çalışdığım dövrdəki “Neftçi” ilə indiki “Neftçi” arasındakı fərqi görürsünüz. Bu gün kiminsə bostanına daş atmaq istəmirəm. İndi o klubda Əsgər Abdullayev, Vəli Qasımov və Səməd Qurbanov kimi şəxslər çalışır. Onlarda da futbolu az bilmirlər. 

Çıxış yolunu bilsəm də, demərəm. Özləri bilərlər. O dövrdə demişdim ki, mən “Neftçi”dən gedəndən 5-6 ay sonra klubun vəziyyətinə bir yerdə baxarıq. Nə demişəmsə hamısı zamanla olacaq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30