19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Oleq Kuznetsov: “Azərbaycan millisi belə məğlubiyyətə layiq deyildi”

“Oyundan əvvəl Azərbaycan millisi haqda heç bir məlumatımız yox idi. Rəqibin nəyə qadir olduğunu bilmirdik”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Ukraynanın U-19 millisinin baş məşqçisi Oleq Kuznetsov deyib.

Təcrübəli mütəxəssisin rəhbərlik etdiyi komanda Avropa çempionatının Bakıda keçirilən seçmə mərhələsinin ilk turu çərçivəsində Azərbaycan yığmasına 4:0 hesabı ilə qalib gəlib. Kuznetsov oyunsonrası mətbuat konfransında nəticənin oyuna görə olmadığını bildirib: “Komandamın oyunundan razı qalmadım. İlk hissədə futbolçuların həyəcanlı idilər. Nəticə oyuna görə olmadı. Azərbaycan millisi belə məğlubiyyətə layiq deyildi. Sadəcə, rəqib demək olar ki, bütün komanda ilə irəli atlıdığından arxada boşluqlar buraxdı”.

Kuznetsov qeyd edib ki, Azərbaycan millisi növbəti mərhələyə yüksələ bilər: “Qrupda yer alan komandaların demək olar ki, hamısı eynisəviyyəlidir. Buna görə də Azərbaycan millisi qrupda ilk iki yerdən birini tuta bilər. Qarşıda hələ 2 oyun var. Məncə, qrupda mübarizə son tura qədər davam edəcək”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30