28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Tahir Süleymanov: “Neftçi” rəhbərliyi üzr istəyib, getməlidir”

Cari mövsüm uğursuz çıxışları ilə yadda qalan“Neftçi”nin ötən gün öz meydanında Premyer Liqanın autsayderi “Rəvan”a uduzması komandanın nə dərəcədə acınanacaqlı durumda olduğunu göstərdi. Futbolxeber.az-ın məlumatına görə, klubun sabiq vitse-prezidenti Tahir Süleymanov qol.az-ın müxbiri ilə söhbətində “Neftçi”yə qarşı sərt ittihamlar səsləndirməklə yanaşı vəziyyətdən çıxış yolları haqda da danışıb:

“Ən pessimist “Neftçi” azarkeşi də bu durumu gözləməzdi. Çox təəssüf ki, komanda 2-3 il bundan öncə tarix yazmaqda davam edirdisə, indi anti-rekordlarla yadda qalır. Təsəvvür edin ki, “Rəvan” çempionatda  ilk qələbəsini “Neftçi” üzərində qazandı. Durum çox kritikdir.

“ELNUR MƏMMƏDOV “BATIR” ADLI BİR KOMANDA YARATSIN”

Mətbuatdan oxuyuram ki, “Neftçi”nin icraçı direktoru Elnur Məmmədov havadarlarının dəstəyi və UEFA Asiya Futbol Federasiyasının xətti ilə Tacikistana klub idarəçəliyi ilə bağlı bir mühazirə oxumağa gedəcək. Maraqlıdır ki, o mühazirənin adı nə olacaq? Yəqin “Neftçi” kimi bir klubu qısa müddətdə necə dağıtmağın yollarını izah edəcək. Orta Asiya ölkələrinin həqiqətən futbol biliklərinə ehtiyacı var. Elnur Məmmədov bir az da o yana gedib, Monqolustanın paytaxtı Ulan Batorda “Batır” adlı bir komanda yaratsın. Bu ad “Neftçi”nin indiki vəziyyətinə uyğun olar. Onsuz da “Neftçi” də batır.

Acınacaqlı bir durumdur. Dünən oyundan sonra Çingiz Abdullayevin çox pərişan olduğunu gördüm. Bu, heç də ürəkaçan durum deyil. Onun mənəvi baxımdan necə sıxıntı keçirdiyini vizual olaraq hiss etdim. Amma faktiki olaraq “Neftçi”ni Müşahidə Şurası yox, Elnur Məmmədov idarə edir.

“SADİQ AZARKEŞLƏR YAĞIŞ ALTDA ƏZİYYƏT ÇƏKİR, ANCAQ KOMANDANI BU GÜNƏ QOYANLAR SKYBOXDA YEYİB-İÇİR”

T.Süleymanov hazırkı klub rəhbərliyinin istefa verməli olduğunu deyib: “Özlərinə bir faiz də olsa hörmət qoyurlarsa, dünənki oyundan sonra tam tərkibdə azarkeşlərdən və futbol ictimaiyyətindən üzr istəyib istefa verməliydilər. Əgər getmək istəmirlərsə, yəqin tribunadan o sözləri eşitmək onlara xoşdur. “Neftçi”nin sadiq azarkeşləri yağış altında əziyyət çəkirlər, ancaq  komandanı bu günə qoyanlar   SkyBoxda   yeyib-içir. Yaxşı olardı ki, futboldan anlayışı olmayan insanlar gedib öz işləri ilə məşğul olsunlar. Futbol onlarlıq deyil.

Sonda qeyd etmək istəyirəm ki, əgər “Neftçi” rəhbərliyinin getmək fikri yoxdursa, tam heyət qurmaq üçün Gedeni də komandaya dəvət etsinlər. Ona qarşı hörmətsizlik etməsinlər. Onda hər kəs bir-birini tamamlayacaq. Axı Gede də bir vaxtlar “Neftçi”ni bu günə qoymuşdu”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31