23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Mahir Şükürovun Volkanla Sabridən nəyi artıqdı? YAZI

FOQTS, ÜSTÜNDƏN XƏTT ÇƏK, GETSİN!

Ölkə kubokunun final matçından öncə hər iki klubun rəsmiləri, futbolçuları, məşqçiləri xeyli fikir səsləndirmişdilər və bəzi açıqlamalardan qalmaqal qoxusu gəlirdi. Xüsusən də "Neftçi"nin üzvü Mahir Şükürovun "Xəzər Lənkəran"a atmaca atması ajiotaj doğurmuşdu. Şükürovun "Xəzər Lənkəran"ı "Neftçi"nin hesabına Avropaya yollanmaqla bağlı ittiham etməsi absurd idi.

Birincisi, bütün Azərbaycan gördü ki, "Xəzər Lənkəran" "Bakı"ya qarşı keçirilən cavab oyununda dişi ilə, dırnağı ilə qələbəni rəqibdən aldı. Komanda öz əziyyəti hesabına finala adladı. Digər tərəfdən də "Neftçi" öz adına görə çempion oldu. Komanda məgər, çempion oldu ki, "Xəzər Lənkəran" Avroliqaya getsin? Əsla yox. Bir sözlə, Şükürovun açıqlaması başdan-ayağa absurd idi.

Az sonra Şükürov "Xəzər Lənkəran"ın direktoru Babək Quliyevin də bostanına daş atdı. Hələ onda Şükürovun açıqlamalarına, "hamı Babək Quliyevi də tanıyır, məni də" sözlərinə cavab olaraq ürəyimdən keçənləri yazmaq istəyirdim. Amma tənbəllik imkan vermədi.

İş elə gətirdi ki, Şükürov finalın da "qəhrəmanların"dan biri oldu. Aydın məsələdir ki, final matçının "baş qəhrəmanı" Güloğlan Cabbarovdur. Bu gün "Neftçi"nin artıq sabiq olan rəsmisi haqda çoxları yazır. Amma nədənsə Şükürovun addımını, Elnur Allahverdiyevə təpik atmasını qabardan demək olar ki, yoxdu. Halbuki eyni ölkənin millisinin şərəfini qoruyan futbolçuların karatedə güclərini sınamaq qərarına gəlmələrinin bir adı var - BİABIRÇILIQ! Bu gün millidəki komanda yoldaşı Elnur Allahverdiyevə təpik atan Mahir Şükürov sabah yığmanın düşərgəsində onun üzünə necə baxacaq?

"Hamı məni tanıyır" demişdi Şükürov. Bax, bu fikirlə tamamilə razıyam. Bəli, Mahir, səni hər kəs tanıyır. "Olimpik" - "Bakı" oyununda etdiyin "qəhrəman"lıq, qaçıb, stadionu gizlin tərk etməyin hələ də çoxlarının yadındadı.

Sən həmin Mahir Şükürovsan ki Coko Haciyevski səni Belçika ilə oyunun "18-liy"inə daxil etməyəndə komandanın yanında olmağı özünə ayıb saydın. Oturub "X5"ə, "Neapol"u tərk etdin. Budur sənin milli sevgin? Halbuki həmin matçda sənin kimi "18lik"dən kənarda qalan digər futbolçular sona kimi komanda ilə birgə oldular.

Ötən mövsüm "Qəbələ"də oynadın. Amma bu il səni uğultu ilə qarşılayan qəbələli azarkeşlərə "səviyyəsiz" dedin. Budur, sənin peşəkarlığın? Unutma, insan su içdiyi quyuya tüpürməz.

Bildiyim qədəri ilə Şükürov cari mövsümdə ilk dəfə karyerası ərzində Azərbaycan çempionu oldu. Buna görə də Rail Məlikovun "torbasını tikənlərə" minnətdar olmalıdı. Əgər, həmin vaxt Raili komandadan uzaqlaşdırmaq kimlərinsə marağında olmasaydı, çətin ki bugünkü gündə "Neftçi"də çıxış edəydin.

Bir sözlə, karyeran ərzində cəmi 1 dəfə Azərbaycan çempionu olub, yarı-yarımçıq Türkiyə və Rusiyada legioner həyatı yaşamısan. Bunlardan qürurlanıb, təpik atırsan?

Berti Foqts bir müddət əvvəl hakimə tüpürdüyünə görə cəzalanan Elnur Allahverdiyevi millidən uzaqlaşdırmışdı. Qoy, indi də əziyyət çəkib, eyni addımı Şükürova qarşı atsın. Necə olur ki, Abdulla Avcı Volkan Dəmirəllə Sabri Sarıoğlunu millidən uzaqlaşdırır, Foqts Şükürovu millidən uzaqlaşdıra bilməz? Yoxsa, Şükürov adını çəkdiklərimdən daha üstün oyunçudu? Bəlkə Mahir onlar kimi Avropa çempionatının yarımfinalında, Avroliqanın yarımfinalında, Çempionlar Liqasının 1/4 finalında "Real" kimi nəhəngə qarşı oynayıb?..

"Neftçi" klubu da bir qədər peşəkarlaşsa, yaxşı olar. Avroliqanın qrup mərhələsinə düşüb, sonra da həmin turnirdə geydiyi formalarla çempionatdakı rəqiblərinin gözünü "mazol" etməkdənsə, əməkdaşlarına bir qədər vəzifələrini öyrətsin. Danışanda, hamı peşəkarlıqdan danışır. Amma harda görünüb ki, peşəkar klubun əməkdaşı üzünü rəqib azarkeşlərə tərəf tutaraq, "yuh" deyib, baş barmağını aşağı endirsin? Peşəkarlığınıza quzu kəssinlər...

Elman MƏHƏRRƏMOV




Ad: kamal bakili;   E-mail: [email protected]

29.05.2013 23:44

Ela yazidi,hardadi indi sizin kimi yaxshi jurnalistler.Saytiniza ugurlar
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30