20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Fariz Nəcəfov: “Qolu o vurdu, ya başqası, nə dəyişəcək ki?!”

“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov Futbolxeber.az-ın Almaniyaya ezam olunmuş əməkdaşına müsahibə verib.

- Dortmundda “Qəbələ” böyükhesablı məğlubiyyətə (0:4) uğradı. Oyunun nəticəsi barədə nə deyə bilərsiz?

- Bilirdik ki, bizi səfərdə ağır oyun gözləyir. Buna baxmayaraq, bura ümidlə gəlmişdik. Təəssüf ki, sərfəli nəticə qazanmaq mümkün olmadı. Başa düşürdük ki, işimiz çətindi. Uşaqlar da əllərindən gələni etdilər. Buna görə də onlara təşəkkür edirəm.

- Bu məğlubiyyətdən sonra “Qəbələ”nin qrupdan çıxacağına ümidiniz qalıb?

- Təbii ki, ümidimiz hələ də qalır. Qarşıda bizi səfərdə PAOK-la, sonra isə evdə “Krasnodar”la oyun gözləyir. Ardıcık 2 qələbə qazansaq, şansımız yaranacaq. Nəticənin necə olacağını demək çətindi. Lakin komandamız yenə də hər şeyin ən yaxşısını etməyə çalışacaq.

- Klub prezidenti Tale Heydərov da matçı canlı olaraq izləyirdi?

- Əlbəttə. Digər oyunlarda olduğu kimi bu matçda da Tale bəy komandanın yanında idi.

- Tale Heydərovun qarşılaşma haqda fikirləri necə oldu?

- Tale bəy də fəxr edir ki, “Qəbələ” Avroliqada bura qədər irəliləyib. Düzdür, komanda Dortmundda məğlub oldu. Biz də başa düşükür ki, bu gün səfərdə “Borussiya”ya qalib gəlmək çətindi

- Qarşılaşma zamanı “Siqnal Iduna Park”da ermənilərin bayraqları açıldı ki, bu da ehtimal olunurdu. Görüşdən əvvəl bu məsələ ilə bağlı “Borussiya” rəhbərliyiylə danışığınız olmuşdu?

- “Borussiya” rəhbərliyi ilə hər iki oyundan öncə rəsmi görüşümüz olub. Oyundan əvvəl baş tutan görüşdə klubumuzun prezidenti Tale Heydərov da iştirak edirdi. Rəqib komanda ilə müəyyən məsələlərdə fikir mübadiləsi apardıq. Lakin ermənilərlə bağlı hər hansı danışığımız olmadı. Buna heç ehtiyac da duymadıq. Bəli, ermənilər bizim düşmənimizdi. Bizim mücadiləmiz Qarabağı geri qaytarmaqdı və bir gün buna nail olacağıq. Henrik Mxitaryanın qol vurmasını qabartmağı, bunu faciəyə çevirməyi də düzgün hesab etmirəm. Qolu o vurdu, ya başqası, nə dəyişəcək ki?!

- Son zamanlar Avroliqada start heyətində 10 legionerə şans vcrdiyi üçün Roman Qriqorçuk tənqid olunurdu. Bu iradı nə dərəcədə haqlı sayırsız?

- Mən də tərəfdarıyam ki, komandada daha çox yerli, xüsusən də akademiyamızın yetirmələri çıxış etsin.

Amma sözsüz ki, heyətlə bağlı qərarı baş məşqçi verir. Biz də onun qərarına hörmətlə yanaşırıq. Nəticə əldə etmək üçün baş məşqçi istədiyi heyəti qurmalıdı. Qriqorçuk özü də heyətdə daha çox yerlilərə şans vermək istəyir. Lakin bu gün kimsə heyətə düşmürsə, deməli baş məşqçinin sisteminə, taktikasına uyğun gəlmir və ya tapşırıqları tam yerinə yetirmir. Qriqorçuk üçün futbolçunun milliyətinin fərqi yoxdu. O, ən güclülərə şans verir. “Borussiya” ilə oyunun ikinci hissəsində baş məşqçimiz əvvəlcə Samir Zərgərovu, sonra isə akademiyamızın yetirməsi olan Elvin Camalovu meydana buraxdı. Gənc futbolçumuz oyuna yaxşı qoşuldu. O cür azarkeş dəstəyi qarşısında özünü itirmədi.

- Premyer Liqanın qarşıdakı turunda “Qəbələ” öz meydanında “Inter”i qəbul edəcək. Komandanızın nəhayət ki, bu oyunda uğursuz seriyaya son qoyacağını gözləyirsiz?

- Biz hər oyuna qələbə üçün çıxırıq. Bu, birmənalıdı. Uğursuz nəticələri artıq unuduruq. “Borussiya” ilə oyun da geridə qalıb. Özüm də futbolçularla söhbətlər edirəm, oyunların analizində iştirak edirəm. “Qəbələ”nin belə duruma düşməsinin şanssızlıqla əlaqələndirərdim. Bəzi oyunlarda elə epizodlardan qollar vurulmayıb ki... halbuki həmin anda şansı qaçırmaq daha çətin idi, nəinki fərqlənmək. Düşünürəm ki, nəhayət “Inter”lə matçda qələbə qazanacağıq.

- Premyer Liqada mövsümün ilk yarısının sonuna təxminən ayyarım vaxt qalıb. Artıq transfer çalışmalarına başlanılıb? Çünki bəzi futbolçuların müqavilələri qışda baa çatır.

- Yox, baş məçqi ilə bu mövzu ətrafında söhbətimiz olmayıb. Hələ vaxt var. Dekabrda qədər bu məsələləri müzakirə edəcəyik. Indidən bu haqda danışmaq tezdi.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30