19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

İbrahim Şehiç: “Bilmirəm, bizim müdafiəçilər nəyi gözləyirdilər...”

"İlk hissəyə yaxşı başladıq. Normal hücumlar qurub vaxtında qol vurmağı bacardıq.  İkinci hissənin əvvəlində niyə pressinq etdiyimizi anlamadım. Bu səbəbdən də lazımsız qol buraxdıq". Futbolxeber.az-ın qol.az-a istinadən verdiyi məlumata görə, bu sözləri "Qarabağ"ın qapıçısı İbrahim Şehiç Avropa Liqasının qrup mərhələsinin dördüncü turunda "Monako" ilə bərabərə qaldıqları matçdan (1:1) sonra deyib.

O bildirib ki, üç xal qazanmalı olduqları oyunda heç nədən iki xal itiriblər: "Bizim vacib iki oyunumuz qalıb. Biri səfərdə "Anderlext"lə, digəri isə doğma meydanda "Tottenhem"lə. Bu oyunlarda hücumlar edib qələbə qazanmaq lazımdır".

İ.Şehiç "Monako"nun qol vurduğu epizodda oyundan kənar vəziyyətin olmadığını vurğulayıb: "Epizoda təkrar baxdıq. Orada oyundan kənar vəziyyət yox idi. Bizim müdafiəçilərin həmin epizodda nəyi gözlədiyini başa düşmədim. Nəticədə rəqib bundan istifadə edib qol vurdu”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30