19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Roman Qriqorçuk: “Bu gün, sabah bizim üçün bayramdı”

“Rəşad daha əvvəl bu stadionda olub. Yolu göstərmək üçün mətbuat konfransına mənimlə birgə gəldi (gülür). Onun burda olması heyət baxımından heç nə demir”. Futbolxeber.az-ın Almaniyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

Sabah “Qəbələ” Avroliqanın qrup mərhələsinin dördüncü turu çərçivəsində Dortmundda “Borussiya”nın qonağı olacaq. “Qırmızı-qaralar”ın çalışdırıcısı hazırda Dortmundda oyunöncəsi mətbuat konfransı keçirir.

Ukraynalı mütəxəssis hər hansı bir uğurlu əlamətə inanmadığını qeyd edib: “Mən futbolda hansısa əlamətə inanmıram. Ümumiyyətlə, futbolda belə hallara yer yoxdur. Hardasa hansısa təsadüf ola bilər. Mən həyatda Allaha inanıram. Bundan başqa, kiməsə pislik etməməyə, düzgün həyat tərzi sürməyə çalışmışam”.

Qriqorçuk komandanın psixoloji durumundan da söz açıb: “Biz son turlar çempionatda uğursuz çıxış edirik. Onsuz da bunu hamı bilir. Son 3 matçda 7 xal itirmişik. Uduzduğumuz oyunlarda belə yaxşı təsir bağışlamışıq. Psixoloji baxımdan komandada heç bir problem yoxdur. Bu gün, sabah bizim üçün bayramdı. Meydana çıxıb, öz oyunumuzu göstərəcəyik”.

“Qəbələ”nin çalışdırıcısı sabahkı matçda komandasına inandığını bildirib: “Krasnodar”la oyunda məğlubiyyətə layiq deyildik. Səfərdən daha yaxşı nəticə ilə qayıda bilərik. “Borussiya” ilə matça yaxşı başladıq. Hətta Avropa nəhənginə qalib gəlmək şansımız da var idi. Yekunda uduzduq. Mən demirəm ki, bizim komandamızda hər şey əla vəziyyətdədi. Mən bizim üçün bayramdı deyəndə nəzərdə tutmuram ki, əlimizi yanımıza salıb dayanmalıyıq. Düşünürəm ki, sabah bütün futbolçuların ən yaxşı oyunlarını göstərəcəklər”.   

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30