28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Qurban Qurbanov: “İstənilən komandaya qarşı oynaya bilərik”

“Bəzən belə oyunlardan əvvəl həm şad oluruq, həm də həyəcanlanırıq. Qrupda məğlub olmayan komandaya qarşı oynayacağıq. Rəqibi tanıyırıq. Futbolçularımız indi daha məsuliyyətli olacaq. Sabah meydanda ən yaxşısını etməyə çalışacağıq”. Futbolxeber.az-ın qol.az-a istinadən verdiyi məlumata görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində “Monako” ilə sabah keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

- Adətən 4-2-3-1 taktiki sxemindən istifadə edirsiniz. Reynaldonun yoxluğunda hansısa dəyişiklik olacaq?
- Düşünmürəm ki, sistemdə dəyişiklik olsun. Ola bilər ki, oyunun gedişatında hansısa dəyişiklik edim. Reynaldonun yerində kimi oynadacağımıza sabah qərar verəcəyik.
- Komandada psixoloji gərginlik varmı?
- Psioxoloji çətinlik hər zaman olur. “Monako” qalib gəlsə, minumum qrupda ikinci yeri tutacaq. Futbolçularımız özləri də bu oyunun məsuliyyətini dərk edir. Belə oyunlarda psioxoliji gərginlik varsa, deməli, futbolçular nəsə düşünür. Buna şad olmalıyıq.
- Rəqibə heyət baxımından sürpriz hazırlamısınızmı?
- Elə də böyük dəyişiklik görünmür. Çalışacam ki, daha yaxşı formada olanlara şans verim. Kiçik dəyişiklik ola bilər. 
- Premyer Liqamızın son turunda Vüqar Mustafayev gözəl qolla yadda qaldı. Sabah onu heç olmasa ehtiyatda görə bilərik?
- Əfsuslar olsun ki, bu suala tam cavab verə bilməyəcəm. Sabah buna qərar verəcəyik.
- Azarkeşlərin sabahkı oyuna marağı elə də böyük deyil. Sizcə, bunun səbəbi nədir?
- Ümid edirəm ki, azarkeşlərin sayı sabaha qədər artacaq. Sabah da onlar bizlərlə olacaq. Ola bilər hansısa çatışmazlıqlar var, biz bilmirik. Ancaq düşünmürəm ki, onların oyuna marağı azdır.
- Son bir həftədə Fransa mətbuatı “Qarabağ”dan çox yazır. Bir jurnalist isə qeyd edib ki, ola bilsin Bakıdakı oyundan sonra “Qarabağ”dan daha çox yazdıq. Onun bu fikirlərinə münasibətiniz necədir?
- Sabah daha sürətli oyun gözləyirik. Baxmayaq ki, bizə çətin oyun olacaq, futbolçularımız daha diqqətli olacaq. Jurnalistin fikiriləri ilə razıyam.
- Bu günə qədər Azərbaycan klubları Fransa təmsilçilərinə qalib gələ bilməyib. Bu, statistika komandanıza mənfi təsir etməz ki?
- Yox. İstənilən komandaya qarşı oynaya bilərik. Sabah uğurlu nəticə əldə etmək istəyirik. Hər bir rəqibin gücünü tanıyırıq. Əlimizdən gələnin ən yaxşısını edəcəyik. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31