28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Böyükağa Hacıyev imtahandan kəsilməsinə münasibət bildirdi

“Pro kateqoriyası alan məşqçilərin siyahısında adım yoxdusa, deməli, lazım olan qiyməti almamışam. Səbəbini rəhbərlik daha yaxşı bilər”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri apasport.az saytına açıqlamasında Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev deyib.

 2014-cü il mayın 30-dan 2015-ci il mayın 8-dək AFFA-nın təşkilatçılığı ilə Bakı şəhərində UEFA-nın Pro kateqoriya üzrə məşqçi kursları keçirilib.

Böyükağa Hacıyev da bu kurslarda iştirak etsə də, Pro lisenziyasını ala bilməyib. “Neftçi”nin sabiq çalışdırıcısı bunun səbəbini bilmir: “Belə çıxır ki, imtahandan keçə bilməmişəm (gülür). Vallah, nə üçün kəsildiyimi bilmirəm. AFFA-da dəqiqləşdirib, soruşacam”.

İran və Rusiyadan təkliflər aldığını qeyd edən Hacıyevə Pro lisenziyasını ala bilməməsi əngəl yarada bilər. Ancaq “Zəif” ləqəbli məşqçi bundan narahat deyil: “İranda belə şeylərə fikir vermirlər. Yəni orda işləmək üçün Pro kateqoriyalı məşqçi lisenziyasına sahib olmaq məcburiyyətində deyilsən. Orda heç soruşmurlar ki, hansı kateqoriyan var? Amma Rusiyada işləmək üçün Pro kateqoriyan olmalıdı. İmtahandan kəsildiyim üçün indiki vəziyyətdə Rusiyadan gələn təklifləri qəbul edə bilmərəm. Növbəti imtahanlarda yenə iştirak edəcəmmi? Hələ bilmək olmaz, sabah nə baş verəcək?”. 

Qeyd edək ki, imtahanların nəticələrinə əsasən Novruz Əzimov, Tərlan Əhmədov, Bəhmən Həsənov, Etibar İbrahimov, Fatih Kavlak, Aslan Kərimov, Adil Şükürov, Daril Uilyard, Murat Yoldaş və Azər Bağırov Pro lisenziyası alıblar.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31