28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Tuyqun Nadirov: “Xəzər Lənkəran” heç vaxt Premyer Liqanı tərk etməyəcək”

Klublar Komitəsinin sədri, “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirovun Futbolxeber.az saytına müsahibəsi

- Klublar Komitəsinin bugünki iclasında “CBC Sport”un baş direktoru da iştirak etdi. Yayımla bağlı hansı məsələlər müzakirə olundu?

- Hələ Klublar Komitəsinin ilk iclasında qaldırılan məsələlərdən biri Premyer Liqa oyunlarının yayımı və buna görə klublara müəyyən məbləğin ödənilməsi idi. Biz buna nəinki nail olduq, hətta ölkədə ikinci idman televiziya kanalı da açıldı və təbliğat gücləndirildi. İclasda iştirak edən İlham Rəhimov bu müddət ərzində görülən işlərdən danışdı. Kanal yüksək yayım həyata keçirir. Artıq sevindirici və fəxr ediləsi məqamlar var. Amma problemlər də var və bunları həll etmək lazımdı. Burada söhbət yayımın keyfiyyətini yüksəltməkdən gedir. Bəzi klublar üzərlərinə düşənləri ediblər, bəziləri isə işlərini yekunlaşdırmaq üzrədi.

- Oyunlar bəzən eyni gündə olur və bu, narazılığıa səbəb olur. Bu məsələ də iclasda müzakirə olundumu?

- Oyunların televiziya vasitəsi ilə yayımlanıb-yayımlanmamasından asılı olmayaraq, klublar birmənalı şəkildə bunun əlehinədi. Elə adamlar var ki, bütün oyunlara baxmaq istəyir. Eyni gündə keçirilən oyunları o necə izləsin? Çalışmaq lazımdır ki, 1-2 oyun fərqli gündə olsun. PFL-dən xahiş etdik ki, təqvimi hazırlayan zaman bunu nəzərə alsınlar.

- “Xəzər Lənkəran”ın hazırkı durumu barədə nə söyləyə bilərsiz?

- “Xəzər Lənkəran”ın hazırkı duruma düşməsində FİFA-nın məlum qərarının böyük rolu oldu. İndi CAS-dan cavab gözləyirik. Halbuki yayda biz güclü heyət yığmışdıq. Amma yeni transferlərimizin heç birinin adını iştirak ərizəsinə daxil edə bilmədik. Buna görə də 15-16 nəfərlik heyətə möhtac qalmışıq ki, onların da əksəriyyəti gənclərdi. Bir tərəfdən də bu, gənclər üçün şansdı. Onlar özlərini göstərməlidirlər. Yalnız bu il mövsümə iddiasız start verdik. İndiyə qədər belə halla üzləşməmişdik. Təbii ki, nəticə rəhbərlik olaraq bizi də qane edə bilməz. Komandanın öz meydançamızda uduzması bizə ikiqat pis təsir edir. Digər yandan heyətimizdə oynayan futbolçuların yaşını da nəzərə almaq lazımdı. Klubun fəaliyyəti tək əsas komanda ilə ölçülmür. Əvəzedicilərimizin, aşağıyaşlı futbolçulardan ibarət komandalarımızın oyunlarına da baxın. 10-dan çox futbolçumuz müxtəlif yaş qrupundan ibarət komandalara dəvət alır. Elə klublar var idi ki, yalnız əsas və əvəzedici komandalar olub. Bu gün onlardan əsər-əlamət qalmayıb.

Məqsədimiz Lənkəranda futbolu inkişaf etdirmək, yaşatmaqdı.

- “Sumqayıt” və AZAL-ın da heyətinin əsasını gənclər təşkil edir. Amma bu komandalar “Xəzər Lənkəran”dan üst sıralarda qərarlaşıb...

- Elə klubumuz da var ki, daim üst səralarda yer alırdı, amma bu gün turnir cədvəlinin aşağı pillələrindədi. Bu cür müqayisə aparmaq düzgün deyil. Çünki klubun niyə bu vəziyyətlə üzləşməsinin səbəbi məlumdu.

- Klubda maddi problemlərin olması ilə bağlı deyilənlər nə dərəcədə düzgündü?

- Bu tək bizdə yox, dünyanın əksər ölkələrində və klublarında mövcuddu. Avropanın aparıcı klubları da bu halla üzləşib. Problem tək bizdə olsaydı, analiz edərdik. Klubumuzun sponsorlarından biri “Palsüd” şirkətidi. Onlar bizə aylıq reklampulu ödəyirlər. Bu gün həmin şirkətə də borcu olan şirkətlər var.

Bu gün “Xəzər Lənkəran”ın uşaq komandaları öz avtobuslarında gəzir, öz meydançasında məşq edir, bazasında qalır. Sadəcə, bir qədər səbrli olmaq lazımdı. Bunu üzərimizdə hiss edirik, klub rəhbərliyi əlindən gələni edir ki, öhdəliklərə vaxtında riayət etsin. “Xəzər Lənkəran” heç vaxt Premyer Liqanı tərk etməyəcək. Biz təkcə bu günü yox, gələcəyi də düşünürük. Çalışırıq ki, 50 ildən sonra da Lənkəranda futbol olsun.

- Futbolçu azlığı səbəbindən “Xəzər Lənkəran”ın “Rəvan”la oyuna çıxmamaq ehtimalı var?

- Komanda oyuna niyə çıxasın ki? Oyunçu sayı ilə bağlı problemimiz yoxdu. Bütün oyunlara çıxmışıq, çıxacağıq da. Komanda tam heyətlə çıxışını davam etdirir. Əsas komandada sayla bağlı problem olsa, əvəzedicilərdən yararlanacağıq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31