19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Premyer Liqada mövsümün 100-cü qolu vuruldu

Premyer Liqada 2015/2016 mövsümünün 100-cü qolu vurulub. Futbolxeber.az-ın məlumatına görə, yubiley qolu 10-cu turun “Qarabağ” - “Rəvan” matçına təsadüf edib. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçirilən qarşılaşmada meydan sahiblərinə 1:0 hesablı qələbə qazandıran qol mövsümdə 100-cü olub. Belə ki, əvvəlki 9 turda 91 qol qeydə alınmışdı. Turun eyni vaxtda başlayan ilk 3 matçında 7 dəfə top qapıdan keçdiyindən paralel oynanılan “Neftçi” - “İnter” və “Qarabağ” - “Rəvan” matçlarındakı 2-ci top mövsümdə 100-cü olmalıydı. Əvvəl “Neftçi”, 1 dəqiqə sonra “Qarabağ” hesabı açdığından yubiley qolu ağdamlıların hesabına yazılıb. Əlamətdar topu rəqib qapısından Vüqar Mustafayev keçirib. Bu da onun Premyer Liqada ilk qoludur. O, buna ümumilikdə 34-cü, “Qarabağ”da 6-cı çempionat matçında nail olub. Ümumilikdə isə 10 turun 50 oyununda 101 qol vurulub. 
 

pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30