29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

“Qəbələ”nin əvəzolunmazı: “Məqsədimiz çempionluqdu”

Topaz Premyer Liqasında I dövrə başa çatıb. Futbolxeber.az-ın məlumatına görə, IX turda “Zirə” ilə qarşılaşan “Qəbələ” dövrənin son turunda qolsuz heç-heçə ilə kifayətlənib. Bu heç-heçəyə baxmayaraq, komanda turnir cədvəlinin 1-ci pilləsinə yüksəlib. I dövrədə 21 futbolçu “qırmızı-qara” forma geyinib ki, onlardan 6-sı bütün qarşılaşmalarda meydana çıxıb. Yalnız bir oyunçu - Elvin Camalov bütün matçları əvəzolunmadan keçirib. Komandanın gənc dayaq yarımmüdafiəçisi son turun görüşü haqda fikirlərini gabalafc.az saytına açıqlayıb:

“Meydana 3 xal qazanmaq üçün çıxmışdıq. 90 dəqiqə boyu qələbə üçün mübarizə apardıq. Amma təəssüf ki, sonda iki xal itirdik. Qarşıdakı oyunlarda daha yaxşı çıxış edib, qələbə qazanaraq, itirilən xalların əvəzini çıxmalıyıq”.

Camalov I dövrənin yekunu haqda da danışıb: “Komandamız hazırda turnir cədvəlinin ən yüksək pilləsində qərarlaşıb. Biz də həmişə ən yaxşı yerlər üçün mübarizə aparmışıq. Məqsədimiz çempionluqdur. Mövsümün böyük hissəsi hələ irəlidədir. Zirvədəki mövqeyimizi sonadək qorumağa çalışacağıq. Bütün oyunlarda var qüvvəmizlə mübarizə aparıb, çempionluq vəzifəsinin öhdəsindən gəlməliyik”.

Yarımmüdafiəçi II dövrənin ilk oyunu haqda fikirlərini açıqlayıb. Camalov oktyabrın 28-də AZAL-la ev oyununda da 3 xal qazanmalı olduqlarını bildirib: “Artıq oyunun hazırlığına başlamışıq. Bütün komanda özünü tam bu oyuna kökləyib. Bu qarşılaşmada da hədəfimiz 3 xaldır. Doğma azarkeşlərimiz önündə qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31