20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Dnepr"in bombardiri "Qəbələ"dən dəvət alıb

Ukrayna "Dnepr"inin bombardiri Yevgeni Seleznyov "Qəbələ" klubuna keçə bilər. "Report"un "Sportanalytic" nəşrinə istinadən verdiyi məlumata görə, Dneprepetrovsk təmsilçisinin liderinə şəxsən Azərbaycan komandasının baş məşqçisi Roman Qriqorçuk dəvət göndərib.

30 yaşlı hücumçunun hazırkı müqaviləsi 2016-cı ilin yayında başa çatır. Yeni anlaşma istiqamətində "Dnepr"lə futbolçu arasında danışıqlar aparılmır. Bu isə Seleznyova yanvarda istənilən klubla ilkin müqavilə bağlamaq imkanı verir. Karyerasını davam etdirmək üçün onun daha statuslu variantlarının olduğu bildirilir. Luis Adrianonun İtaliya "Milan"ına keçidindən sonra hücum xəttində problem yaşayan "Şaxtyor" da geri qaytara bilər. Türkiyənin "Fənərbağça" və "Trabzonspor", Yunanıstanın "Olimpiakos" və Rusiyanın "Krasnodar" klubları da təcrübəli forvarda maraq göstərir.

Qeyd edək ki, bu mövsüm Yevgeni Seleznyov Ukrayna çempionatında və Avropa Liqasında üst-üstə 12 qol vurub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30