25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Kəpəz”in müdafiəçisinin durumuna aydınlıq gəldi

Topaz Premyer Liqasının IX turu çərçivəsində reallaşan “Kəpəz” - “Xəzər Lənkəran” oyununun 70-ci dəqiqəsində zədələnərək əvəzlənən Şəhriyar Əliyevin durumu yaxşıdır. Futbolxeber.az-ın “Kəpəz”in rəsmi saytına istinadən verdiyi məlumata görə, epizodların birində əzələsi dartılan müdafiəçi oyunu davam etdirə bilməsə də, sağlıq durumunda ciddi bir şey yoxdur. Bu barədə klubun mətbuat xidmətinə açıqlamasında komandanın həkimi Şıxəli Həsənov deyib: “Şəhriyarın durumu normaldır, tezliklə bərpa olunacaq. Fərdi qaydada yüngül formada məşq edə bilər. Sabah yenidən bir daha müayinə edib, baş məşqçiyə durumu haqda məlumat verəcəyik. Bundan sonra qarşıdakı çempionat matçında oynayıb-oynamayacağına aydınlıq gələcək”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30