20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Millimizin sabiq hücumçusu Latviya çempionatında penta-trik etdi

Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərov Latviyada növbəti oyununu keçirib. Futbolxeber.az-ın məlumatına görə, onun formasını geyindiyi “1625 Liepaya” I liqanın XXVIII turunda “Rezekne”ni qəbul edib.

 Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 7:0. Bu 7 qoldan 5-nə Əsgərov imza atıb. Belə ki, meydana start heyətində daxil olan Əsgərov 18, 40, 60, 76 və 78-ci dəqiqələrdə fərqlənərək, penta-trikə imza atıb. Bununla, cari mövsümdə qollarının sayının 20-yə çatdıran 30 yaşlı forvard bombardirlər yarışında 3-cü pilləyə yüksəlib.

“1625 Liepaya” isə 28 turdan sonra aktivindəki 55 xalla turnir cədvəlinin 4-cü pilləsində yer alır. Komanda mövsümü elə bu pillədə də tamamlayacaq. Çünki “1625 Liepaya”nın son 2 turda turnir cədvəlində nə yüksəlmək, nə də geriləmək şansı var.

Qeyd edək ki, Azərbaycanda “Sumqayıt” və “Araz Naxçıvan”ın formasını geyinmiş Vüqar Əsgərov yığmamızın heyətində 3 oyun keçirib.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30