20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Qəbələ”nin seriyası 21-də dayandı

Ardıcıl 21 çempionat oyununda meydanı qolsuz tərk etməyən “Qəbələ”nin seriyası qırılıb. Futbolxeber.az-ın məlumatına görə, Roman Qriqorçukun yetirmələri Topaz Premyer Liqasının 9-cu turunun “Zirə” ilə qarşılaşmasında rəqib qapısına yol tapmayıb – 0:0. 2015-ci il fevralın 10-da ötən mövsümün “Simurq”la səfər görüşündə 0:2 hesabı ilə uduzduqdan sonra hər matçda fərqlənən “qırmızı-qaralar” bu müddətdə 42 qol vurmuşdu.

“Qəbələ” bu göstəricidə milli çempionatlar tarixinin 7-ci nəticəsini təkrarlayıb. Əyalət təmsilçisi “Kəpəz”in 1994-cü ildəki göstəricisinə şərik olub.

Milli çempionatların 23 illik tarixinin rekordu 1994-95-ci illərdə ardıcıl 33 oyun qol vuran “Turan”a məxsusdur. “Şəmkir” 28, “Neftçi” və “Kəpəz” 25 oyunluq qollu seriyaya məxsusdur. Bundan başqa, Gəncə təmsilçisinin 23, “ağ-qaralar”ın 22 matçlıq seriyası da var.


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30