17 Aprel 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Mikayıl Nərimanoğlu: “Kəpəz”də baş məşqçinin işinə heç kim qarışmır”

“Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev "Kəpəz"in baş məşqçisi Şahin Diniyevlə görüşdü. Elmar Vəliyev komandanı “Xəzər Lənkəran” üzərində qələbə münasibəti ilə təbrik etdi və təkliflərini söylədi”. Futbolxeber.az saytına açıqlamasında bu sözləri “Kəpəz”in Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu deyib.

M.Nərimanoğlu qeyd edib ki, “Kəpəz”də baş məşqçinin işinə rəsmi şəxslərdən heç kim qarışmır: “Icra başçısı komandanın hər oyununu stadiondan izləyir. “Kəpəz”ə dəstək olur. Amma komandada baş məşqçinin işinə heç kim qarışmır. Nə icra başçısı, nə də Müşahidə Şurasının sədri”.

Nərimanoğlu Premyer Liqanın IX turunda “Xəzər Lənkəran” üzərində 1:0 hesabı ilə qalib gəldikləri görüş haqda da fikirlərini açıqlayıb: “Birinci hissədə komanda yaxşı oynadı. “Kəpəz” rəqibdən üstün idi. Lakin fasilədən sonra komanda bir qədər sakit oynadı”.

“Ardıcıl qələbələrdən sonra “Kəpəz”in avrokuboklara iddia etdiyini söyləmək olarmı” sualını isə Mikayıl Nərimanoğlu belə cavablandırıb: “Gəlin tələsməyək. Bəli, komanda mövsümə istədiyi kimi start verməsə də, son turlar uğurlu çıxış edir. Komandada inkişaf var. Lakin indidən avrokuboklar haqda danışmaq çox tez olar”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30