16 Aprel 2024, Çərşənbə axşamı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı
XXX turun hakim təyinatları

Ölkə futbolu

"Sumqayıt"ın veteranları turnirin qalibi olub

Futbol Veteranları İttifaqının (FVİ) təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə və 28 may-Respublika gününə həsr olunmuş futbol veteranları arasında “Sönməyən ulduzlar” turniri keçirilib. Futbolxeber.az-ın məlumatına görə, Masallı Olimpiya İdman Kompleksində baş tutan yarışda 6 komanda gücünü sınayıb. Şimal, Cənub, Qarabağ, Gəncə, Bakı kəndləri və “Neftçi” veteranlarının iştirak etdiyi turnirin həlledici oyununda Gəncə və Şimal regionunu təmsil edən komandalar qarşılaşıb. Oyunun əsas vaxtında qapılara qol vurulmayıb. Penaltilər seriyasında isə Şimal regionunun veteranları daha dəqiq olub və qələbə qazanıb.
 
Qeyd edək ki, Şimal regionu komandasının heyətində "Sumqayıt"ın veteran futbolçuları iştirak edib. Komandanın məşqçilər heyəti Aqil Məmmədov, Mehman Yunusov, Mübariz Orucov və Etibar Şükürov da komandanın heyətində yer alıb. Aqil Məmmədov turnirin bombardiri olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30