19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Yunis Hüseynov: “Bunlar qol vurmaq üçün kifayət etmədi”

“Biz Gəncə səfərində xal qazanmaq istəyirdik. AZAL ilə oyundan sonra uğurlu seriya hədəfləmişdik”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”lə oyundan sonra “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov deyib.

Təcrübəli mütəxəssis 0:1 hesablı məğlubiyyəti belə şərh edib: “İlk hissədə komandamın oyunundan razı qalmadım. Rəqib azarkeşlərinin çoxluğu ola bilər ki, futbolçularıma  mənfi təsir göstərdi. İkinci hissədə isə pis təsir bağışlamadıq. Təhlükəli epizodlar yaratsaq da, bunlar qol vurmaq üçün kifayət etmədi. Zədəli oyunçularla bağlı problemlərimiz var. Tounkara və Orxan  sıraya yeni qayıdıblar. Hazırda isə həkimlər futbolçuların zədəsi ilə məşğuldurlar.  Komandadan getməyim düz çıxmaz. Dekabra kimi çalışmaııyıq ki, liderlərdən geri qalmayaq. Qarşıda bizi çətin oyunlar gözləyir. “Sumqayıt”la bir neçə gün sonra keçiriləcək oyunda qələbə qazanmaq niyyətindəyik. Mən Azərbaycanı bölgələrə bölmürəm. Azərbaycan mənim vətənimdir, bu ölkənin hər bir yeri mənim üçün doğmadır. Fərq qoymuram”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30