25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Fariz Nəcəfov: “Dortmunda xal qazanmaq üçün yollanacağıq”

“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfovun Futbolxeber.az saytına müsahibəsi

- “Borussiya”ya 1:3 hesablı məğlubiyyətin səbəbini nədə görürsüz?

- Oyuna yaxşı başlamışdıq. Matçın əvvəlində qol epizodlarımız da oldu. Təəssüf ki, onlardan yararlana bilmədik. Hesabı aça bilsəydik, görüşün nəticəsi bəlkə də fərqli olardı. Bununla belə, komandalar arasındakı səviyyə fərqini də unutmaq olmaz.

- Söyləmək olar ki, “Qəbələ”ni məğlub etmək üçün “Borussiya” bu gün bütün gücünü meydanda qoydu?

- Olar. Daha əvvəl “Borussiya”nın PAOK-la oyununun fraqmentlərinə baxmışdım. Hesab edirəm ki, bu gün “Borussiya” meydanda daha çox güc sərf etdi.

- Yəqin ki, matçın əvvəlində “Qəbələ” ardıcıl qol epizodlarını qaçıranda çox həyəcanlandınız...

- Təbii ki. Amma rəqib ikinci qolu vurduqdan sonra həyəcan qalmadı. Yeri gəlmişkən, bu gün bizə dəstək olan azarkeşlərimizə minnətdaram. Stadionu vaxtından əvvəl tərk edənlərə isə demək istəyirəm ki, komandaya sona qədər dəstək olmaq lazımdı.

- Dortmunda “Qəbələ” hansı nəticə üçün yollanacaq?

- Qrupda sona qədər mübarizəmizi davam etdirəcəyik. Artıq geriyə yolumuz yoxdu. Biz hər oyuna xal qazanmaq üçün çıxırıq. “Borussiya” ilə səfər matçı da istisna olmayacaq.

- Sabiq baş məşqçiniz Yuri syomin də stadionda idi.

- Bəli, o da bizimlə oyuna baxdı. Syomin Bakıya klub rəhbərliyinin dəvəti ilə bura gəlmişdi.

- “Qəbələ”nin oyunu haqda nə dedi?

- Komandadan razı qaldı. Xüsusilə də müdafiə xəttinin çıxışını bəyəndiyini söylədi.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30