19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Vaqif Sadıqov: "PAOK "Borussiya" ilə heç-heçə edə bilər, "Qəbələ" uda bilməz?"

"Artıq Avropa Liqasının qrup mərhələsində ekvatora yaxınlaşırıq. Həm "Qəbələ"nin, həm də "Qarabağ"ın qrupdan çıxma şansları yarıbayarıdır". Bunu "Report"a açıqlamasında "Qəbələ" və "Qarabağ" klublarının Avropa Liqasında bu gün keçirəcəkləri oyunlar haqda fikirlərini bildirən AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.

O qeyd edib ki, "Qəbələ"nin Bakıda Almaniyanın "Borussiya" (Dortmund), "Qarabağ"ın səfərdə Fransanın "Monako" komandaları ilə qarşılaşmalarından sonra şanslar dəyişə bilər: "Arzum odur ki, hər iki təmsilçimiz bugünkü oyunları öz xeyrinə başa vursun. Artıq öz futbolumuzla geriyə yox, irəliyə baxmaq vaxtıdır".

Komitə sədri hər iki görüşdə qeydə alına biləcək nəticələrə belə şərh verib: "PAOK "Borussiya" ilə heç-heçə edə bilir, "Qəbələ" uda bilməz? Elə etməliyik ki, növbəti oyunlarda şanslar bizim xeyrimizə olsun. Növbəti turda "Qəbələ" Almaniyaya yollanacaq, "Monako" isə Bakıya gələcək. Bu gün komandalar elə çıxış etməlidir ki, həmin görüşlərə məğlub çıxmasınlar. İnanıram ki, "Qəbələ" və "Qarabağ" bu gün məğlub olmayacaqlar".

Qeyd edək ki, "Qəbələ" - "Borussiya" matçı saat 20:00-da, "Monako" - "Qarabağ" qarşılaşması isə Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30