19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Qriqorçuk: “Borussiya” ilə qarşılaşacağımız üçün Tanrıya minnətdaram”

“Sabah oyuna sakit baxmağım üçün hesabda 3:0 öndə olmağımız lazımdır. Lakin “Borussiya” ilə oyunun çətin keçəcəyini nəzərə alsaq, çətin ki görüşə sakit tərzdə baxa bilim”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

Ukraynalı mütəxəssis oyunöncəsi mətbuat konfransında odessalı azarkeşlərlə bağlı maraqlı bir məqamı diqqətə çatdırıb: “Azarkeşlərlə bağlı maraqlı bir məqamı diqqətinizə çatdırmaq istərdim. “Avtofan” adlı Odessada azarkeş qrupu var idi. Onlar öz maşınlarını “Çernomorets”in rənglərinə boyamışdılar. Fikirləri var idi ki, Azərbaycana da gəlib bizə dəstək olsunlar”.

Qriqorçuk bildirib ki, sabah azərbaycanlı azarkeşlərdəb dəstək gözləyir: “Bu günə kimi azarkeşlər daim bizə dəstək olublar. Sabahkı oyunda da onlardan bunu gözləyirəm. Hər oyunda komandamızın yanında olan fanatlara minnətdaram”.  

“Qəbələ”nin çalışdırıcısı vurğulayıb ki, belə güclü rəqibə qarşı oynamaq onun üçün heç bir problem yaratmır: “Borussiya” ilə qarşılaşmaq mənə heç bir problem yaratmır. Əksinə, Tanrıya minnətdaram ki, belə bir rəqiblə qarşılaşacağıq. Elə insanlar var ki, onlara həyatları boyu “Borussiya”ya qarşçı oynamaq qismət olmur”.  

Roman Qriqorçuk “Borussiya”nı hərtərəfli analiz etdiklərini bildirib: “Borussiya” elə oynayır ki, onları analiz etmək çətin deyil. Komandanın qarşısına konkret məqsəd qoyulur. Dortmund klubunun 10-a yaxın oyununa baxmışam. Çətinlik ondadır ki, rəqibin heyətində yüksəksəviyyəli futbolçuların sayı çoxdur və həmin oyunçular meydanda daim ən düzgün variantı seçirlər. “Borussiya” bizi heç nə ilə təəccübləndirə bilməz. Çünki onların nəyə qadir olduqlarını bilirik. Sabah müdafiədə diqqətlə oynamalı, eləcə də yaxşı hücumlar qurmalıyıq”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30