19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Roman Qriqorçuk: “Borussiya”ya qarşı hücum futbolçu oynayacağıq”

"Oyundan öncə heyəti deyə bilmərəm. Çünki meydana buraxacağım futbolçuları heç özüm də hələ müəyyənləşdirməmişəm”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

Sabah Avroliqanın qrup mərhələsinin üçüncü turu çərçivəsində Dortmund “Borussiya”sını qəbul edəcək “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk hazırda matçın keçiriləcəyi “Bakcell Arena”da oyunöncəsi mətbuat konfransı keçirir.

Ukraynalı mütəxəssis komandasının “Borussiya” ilə oyunda uğur qazanmağa qadir olduğunu bildirib: “Mən bukmeykerlərlə qətiyyən razı deyiləm. Əvvəl də dediyim kimi, bizim şansımız var. Konkret faizlərlə bağlı danışa bilmərəm. Bizim sabahkı oyunda şansımız 1 faizdən daha artıqdır. Sabah meydana buraxacağım hər oyunçu bütün gücünü ortaya qoyacaq”.

Qriqorçuk qeyd edib ki, “Borussiya” ilə oyunda müdafiədə oturmaq fikrində deyillər: “Müdafiə olunmaq barədə düşünmürük. Bu, bizim oyun fəlsəfəmizə uyğun deyil. Sabahkı oyunda müdafiədə oturmaq fikrində deyilik. Uğur qazanmaq üçün hücum etməliyik. Yaxşı nəticə qazanmağımız necə hücum etməyimizdən asılı olacaq”.

“Qəbələ”nin çalışdırıcısı “Borussiya” ilə oyundan öncə sizi ən çox nə narahat edir” sualını belə cavablandırıb: “Belə rəqiblə oyunda uğura ümid edirik. Çünki uğur olmadan “Borussiya” oyunda qələbə qazanmaq çətindir. Narahatçılıq üçün heç bir əsasımız yoxdur. Hər şey qaydasında gedir. Bir daha vurğulamaq istərdim ki, futbolçularıma güvənirəm”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30