25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Qurban Qurbanov: “Monako”ya qarşı sona kimi mübarizə aparacağıq”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun müsahibəsi

- Müəyyən qədər Fransa təcrübəniz olsa da, çətin görüşə çıxacaqsız. Komandanızın hazırkı vəziyyəti necədi və “Monako” ilə səfər qarşılaşmasında “Qarabağ”dan hansı nəticəni gözləmək olar?

- Həqiqətən də, çətin səfərdi. Komandanın durumu pis deyil, tam hazırlaşa bilmişik. “Monako” fərqli rəqibdi, Avropa təcrübəsi olan komandadı. Güclü futbolçulara sahibdilər. Amma mən öz komandama inanıram. Futbolçuların hazırlıq səviyyəsindən razıyam. Fransada yaxşı oyun göstərməyə çalışacağıq.

- “Monako” üzərindəki qələbə bizim üçün xəyaldı, yoxsa?

- (Gülümsəyir). Xəyal demək də düzgün çıxmaz, mümkündü demək də. Amma həyatda mümkünsüz heç nə yoxdu. Sona kimi mübarizə aparacağıq. Yaxşı nəticə əldə etmək üçün meydanda düzgün çalışmaq lazımdı. Futbolçuların ən doğrusunu edəcəklərinə inanıram.

- Reynaldo zədələndiyindən, bu görüşdə iştirak edə bilməyəcək. Onun yoxluğu “Qarabağ”a problem yaratmayacaq ki?

- Təkcə Reynaldo yox, ümumiyyətlə, hər bir futbolçunun zədələnməsi, heyətdən kənarda qalması komanda üçün problem yaradır. Dəfələrlə demişəm ki, əlindəki futbolçuların sayı çox olduqda düşündüklərini həyata keçirmək daha asan olur. Bu, baş məşqçinin işini asanlaşdırır. Reynaldo kimi oyunçunun belə bir görüşöncəsi birdən-birə sıradan çıxması pis oldu. Onun yoxluğu əvvəlcədən düşündüyümüz planları həyata keçirməyimizə hardasa mane ola bilər. Amma buna baxmayaraq, yaxşı hazırlaşmışıq. Digər futbolçuların layiqli oyun göstərəcəklərinə əminəm. “Monako” ilə matçın mahiyyətini hamı bilir, hər bir futbolçumuz özündə məsuliyyət hiss edir. İnşallah, komanda Fransada öz oyununu göstərib, yaxşı nəticə əldə edə biləcək.

- Uzun müddətdən sonra zədəsini sağaldaraq, heyətə qayıdan Çumbinyo “Monako” ilə matçda iştirak edəcəkmi?

- Bilinmir hələ. Bununla bağlı qərarımızı verməmişik.

- Razısız ki, “Qarabağ”ın qrupdan çıxmaq taleyi məhz bu oyundan asılıdı? Məğlubiyyətlə üzləşəcəyiniz halda, işiniz daha da çətinləşəcək...

- Deməzdim ki, komandanın qrupdan çıxmaq məsələsi sırf bu oyundan asılıdı. İştahamız pis deyil (gülür). Qrupa düşəndə, rəqiblərimiz bilinəndə tam əksini söyləyirdik. Amma bir qələbədən sonra fikrimiz dəyişdi. “Anderlext”lə matçdan sonra gördük ki, şansımız var. Amma bu gün onu düşünmürük. İndiki məqamda bizi “Monako” ilə görüş maraqlandırır. Bütün fikrimizi bu oyuna yönəltmişik.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30