29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Tale Heydərov: "Həmin amilə görə Syominə üstünlük verdik"

“Yuri Syominlə müqaviləni "1+1" il prinsipiylə bağlamağımız hər iki tərəfin istəyinin nəticəsindir". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında "Qəbələ" klubunun prezidenti Tale Heydərov deyib.

Tale Heydərov ikinci dəfə keçirilən Qəbələ kubokunun ilk oyun günü jurnalistlərlə görüşündə Yuri Syominin təyinatı ilə bağlı fikirlərini açıqlayıb: “Syomini seçməyimiz onun MDB məkanından olması ilə bağlıdır. Regionu yaxşı tanıyır, futbolçuların qabiliyyətinə bələddir. Bizim Braziliya və Hollandiyadan da namizədlərimiz var idi. Lakin həmin amilə görə Syominə üstünlük verdik”.

Heydərov Qəbələdə təşkil olunan 15 yaşadək futbolçular arasında turnirin əhəmiyyəti haqda da danışıb: “Qəbələ” klubunun belə bir infrastrukturu, stadionu, meydançaları, şəraiti varsa, niyə də belə turnirlər təşkil etməyək? Belə beynəlxalq matçlarda güclü komandalarla görüşən futbolçularımız da oyun təcrübəsini artırmış olur”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31