20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Bizə fərqi yoxdu, istər Mxitaryan gəlsin, istərsə də Roys...”

Dortmund “Borusiya”sı erməni futbolçusu Henrix Mxitaryanı Avropa Liqasının qrup mərhələsində  "Qəbələ" ilə oyun üçün Bakıya gətirməyəcəyini açıqlayıb. Futbolxeber.az-ın məlumatına görə, klubun icraçı direktoru Xans-Yoaxim Vatske Almaniya mətbuatına deyib ki, Mxitaryanı sırf onun təhlükəsizliyinə görə Azərbaycana aparmayacaqlar.

Qol.Az-ın suallarını cavablandıran “Qəbələ” klubunun meneceri Səməd Nəsibov deyir ki:

- Təhlükəsizlik məsələsini qabartmaq yersizdir. Bu məsələni siyasiləşdirmək də olmaz. Onu deyə bilərəm ki, bizim üçün fərqi yoxdur, istər Bakıya Mxitaryan gəlsin, istərsə də Roys. Hər bir oyunumuzda klubun təhlükəsizlik xidmətindən əlavə Daxili Qoşunların əsgərləri və polis əməkdaşları da olur. Bundan əvvəl də gərginlik gözlənilən oyunlarımız olub. Ancaq heç birində xoşagəlməz hallar baş verməyib. Hansısa futbolçuya təhlükə yaranmasından söhbət gedə bilməz.

- Mxitaryana da həmçinin?

- Təbii ki, biz  daim UEFA-nın təlimlərində iştirak edirik. Hamı bu oyunların mötəbərliyindən xəbərdardır. Hər kəs bilir ki, bu, Avropa səviyyəli yarışdı və bura gələn heç bir idmançıya qarşı zorakılıq edilə bilməz. Mxitaryan üçün də heç bir təhlükə ola bilməzdi.

- Razısız ki, istənilən halda Mxitaryanın Bakıya gəlməməsi yaxşı oldu?

- Müəyyən ajiotaj yarana bilərdi. Bu baxımdan onun gəlməməyi yaxşı oldu. Ancaq təhlükəsizlik baxımından gəlməyində heç bir problem yoxdur.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30