24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Sergey Zenyov: “Borussiya”nı məğlub edə biləcəyimizə inanırıq”

“Qəbələ”nin hücumçusu Sergey Zenyov Futbolxeber.az saytına müsahibə verib.

- Premyer Liqanın son turunda “Neftçi” üzərində minimal hesablı qələbə qazandınız. Görüşlə bağlı nə deyə bilərsən?

- Ağır oyun oldu. Rəqibin ciddi müqaviməti ilə üzləşdik. Yalnız sonda istəyimizə çatıb, qol vurduq. Əsas odur ki, qalib gəldik. Bu 3 xal bizim üçün çox vacibdir.

- “Qəbələ” sanki hücumda istədiyi kimi oynaya bilmirdi...

- Sona qədər nübarizə apardıq. Oyunu analiz edəcəyik, səhvlərimizi, çatışmayan cəhətlərimizi müəyyənləşdirəcəyik.

- Hakimlik barədə fikirlərin necədir?

- Hakimliyi müzakirə etməyəcəyəm.

- Bir epizodda hakimə aqressiv şəkildə etiraz edib, sarı vərəqə ilə cəzalandın. Bu səbəbdən hakimlik barədə sual verdim.

- Oyunda belə hallar olur. Bir anlıq əsəbləşdim.

- “Neftçi” üzərində qələbə “Borussiya” ilə oyunöncəsi komandanın motivasiyasına müsbət təsir göstərəcək?

- Qələbə hər zaman xoşdur. Qarşıda bizi çətin oyun gözləyir. Həmin görüşdən öncə 3 xal qazanmağımız vacib idi.

- “Borussiya” haqda fikirlərin necədir?

- “Borussiya”nı hələ analiz etməmışık. Məşqçilərimiz bizə lazımı məlumatları verəcəklər. Amma ümui götürdükdə rəqibin gücü təkcə bizə yox, hamıya məlumdur. Dortmund klubu olduqca güclü heyətə malikdir.

- Dortmund klubu ilə oyun üçün şansları necə dəyərləndirərdin?

- Şanslar 50-nın 50-yədir. Oyundan əvvəl şanslar həmişə bərabər olur (gülür).  

- Komanda “Borussiya”nı məğlub edə biləcəyinə inanır?

- Hər zaman demişəm, inam yoxdusa, meydana çıxmağa dəyməz. Özünə güvənməsən, oynamağın mənası yoxdur. Biz də özümüzə güvənirik. Uğurlu nəticə qazanacağımıza inanırıq.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30