29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Qurban Qurbanov: “Məqsəd 3 xal qazanmaq idi”

“5 qolun vurulduğu görüş azarkeşlər üçün maraqlı alındı. Rəqibimiz “Zirə” hər keçən tur daha yaxşı oynayır, optimal formasını yığır. Rəqib bizə 90 dəqiqə problem yaşatdı”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Zirə” ilə oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis 4:1 hesablı qələbə barədə bunları söyləyib: “Öz oyunumuzdan danışsaq, komanda pis futbol sərgiləmədi. Məqsəd 3 xal qazanmaq idi. Gözəl atmosfer yaratdıqları üçün azarkeşlərimizə təşəkkür edirəm. Zədəli oyunçularımız var. Hazırda futbolçuların ən çox yükləndiyi vaxtdır. Biz bu zədələri gözləyirdik. Reynaldo ilə bağlı tam dəqiq danışa bilmərik.  Həftənin əvvəli bu barədə konkret məlumatımız olacaq.  Əməliyyat olunmaya da bilər. Sevinirik ki, Çumbinyo qayıtdı və oynadı. Matç zamanı zədə alan İlqar Qurbanovun durumu ciddi olmamalıdır. Maksim Medvedev məşqlərə başlasa da, Cavid Tağıyevin yaxın günlərdə yaşıl meydançalara qayıtmaq ehtimalı hələ yoxdur. Ümumi götürsək, vəziyyət yaxşıya doğru gedir”.

 


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31