20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Neftçi”dən rəsmi açıqlama: Samir Əliyevin istefası qəbul olunmadı

“Neftçi” klubu “Qəbələ” ilə oyundan sonra istefa verən baş məşqçi Samir Əliyevin gələcək fəaliyyəti ilə bağlı məlumat yayıb. Futbolxeber.az-ın məlumatına görə, klubun rəsmi saytında yer alan açıqlamada deyilir:

- Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində təşkil olunmuş “Neftçi”-“Qəbələ” (0-1) matçının 90-cı dəqiqəsində buraxılmış qolla məğlub olmuş komandamızın baş məşqçisi Samir Əliyev oyun sonrası mətbuat konfransında vəzifəsindən istefa verəcəyini bildirib.

Matçdan sonra klubun inzibati binasında baş məşqçi Samir Əliyevin də iştirakı ilə Müşahidə Şurasının iclası keçirilib. İclasda ümumilikdə komanda ətrafında müzakirələr aparılıb və baş məşqçi Samir Əliyevin fikirləri dinlənilib. Müşahidə Şurası tərəfindən baş məşqçinin diqqətinə çatdırılıb ki, “Neftçi”nin yaxın gələcək üçün strateji hədəfləri var və bu məqsədlərə məhz Samir Əliyevlə çatmaq niyyətindədirlər. Nəticə olaraq baş məşqçi Samir Əliyevin istefası Müşahidə Şurası tərəfindən qəbul olunmayıb və Samir Əliyev baş məşqçi vəzifəsində fəaliyyətini davam etdirəcək.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30