19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Neftçi”nin hücumçusu: “Bizi fitə basan azarkeşlər haqlıdırlar”

“Bu gün “Neftçi” sona qədər mübarizə apardı. 3 xal qazanmaq istəyirdik. Şanslarımız da oldu. Amma sonda bəxtimiz gətirmədi”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Neftçi”nin hücumçusu Anyete deyib.

“Ağ-qaralar”ın ispan forvardı “Qəbələ”yə 0:1 hesabı ilə uduzduqları oyunu belə şərh edib: “Məğlubiyyətin nədən qaynaqlandığını bilmərəm. Amma 2-3 oyunda bəxtimiz gətirməyib. Çalışırıq ki, qol vuraq və qalib gələk. Lakin alınmır”.

Anyete meydana start heyətində çıxmaması haqda sualı belə cavablandırıb: “Heyətlə bağlı qərarı baş məşqçi verir. Əvəzetmədən oyuna qoşulmağıma da o qərar verdi. Mən oyuna hazır idim. Yüngül zədəm olsa da, bu, oynamağıma mane olmadı”.

“Neftçi”nin hücumçusu oyundan sonra onları fitə basan azarkeşlərin narazılığının haqlı olduğunu qeyd edib: “Tamamilə haqlıdırlar. Çünki “Neftçi” hazırkı pillədə qərarlaşamağa layiq komanda deyil. Qələbə qazanmalıyıq”.

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30