23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Aleksey Qay: “Borussiya” ilə oyuna yaxşı əhval-ruhiyədə çıxmaq vacibdi”

“Bu qələbəni hesabımıza yaza bilərik. Qol vurmaq üçün çox şanslarımız oldu”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Qəbələ”nin aparıcı üzvü Aleksey Qay deyib.

Ukraynalı futbolçu bildirib ki, “Neftçi”ni 1:0 hesabı ilə məğlub etdikləri görüşdə komandası yaxşı çıxış edib: “Yaxşı oyun göstərdiyimizi düşünürəm. “Neftçi” də zəif rəqib deyil. Sona qədər mübarizə apardıq və yekunda istəyimizə nail olduq”.

Qay edib ki, Dortmund “Borussiya”sı ilə oyundan öncə qələbə qazanmaq komandası üçün vacib idi: “Avroliqa matçından öncə qələbə qazanmaq əlavə motivasiyadı. “Borussiya” ilə oyuna yaxşı əhval-ruhiyədə çıxmaq vacibdi”.

“Borussiya”dan xal almaq üçün “Qəbələ” necə oynamalıdı” sualını Qay belə cavablandırıb: “Bunu baş məşqçimiz deyəcək. Oyuna qədər lazım olan tapşırıqları alacağıq. “Borussiya”dan xal alsaq, bunun sensasiya hesab olunub-lunmayacağını söyləyə bilmərəm. İstənilən halda qrup mərhələsində qazanılan hər xal bizim üçün uğurdu”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30