20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Roman Qriqorçuk Ukrayna millisini çalışdıra bilər

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Ukrayna millisini çalışdıra bilər. Futbolxeber.az-ın qol.az-a istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna mətbuatı xəbər yayıb.

Bildirilir ki, millinin hazırkı çalışdırıcısı Mixail Fomenko istefaya göndəriləcək. Hətta “pley-off”a çıxan Ukrayna yığması Avro-2016-nın final mərhələsinə vəsiqə qazansa belə, Fomenko ilə yollar ayrılacaq. Fomenkonun bir nömrəli əvəzləyicisi isə “Qəbələ”nin ukraynalı baş məşqçisi Roman Qriqorçukdur.

Yerli mətbuat Qriqorçukun federasiya rəhbərliyi ilə danışıqlar üçün dekabrda Ukraynaya gedəcəyini də yazıb. O da qeyd olunub ki, Qriqorçukla razılıq əldə olunmasa, Andrey Şevçenko ilə danışıqlar aparılacaq.

Qeyd edək ki, Roman Qriqorçuk Ukraynada "Çernomorets"dəki uğurlu nəticələri ilə tanınır. O, bu komandanı Avropa Liqasının 1/16 finalına yüksəltməyi bacarıb.

Ötən il ölkəmizə gələn Qriqorçuk “Qəbələ”də də uğurlu fəaliyyəti ilə yadda qalır. Ölkə çempionatında bürünc medalı qazanan “Qəbələ” tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə yüksəlib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30