28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Tanınmış şərhçidən “CBC-Sport”un direktoruna sərt cavab

İctimai Televiziyanın əməkdaşı, tanınmış şərhçi Tural Dadaşov “CBC-Sport” kanalının direktoru İlham Rüstəmovun mətbuata verdiyi müsahibədə səsləndirdiyi fikirlərə münasibət bildirib. Futbolxeber.az Tural Dadaşovun sosial şəbəkədə paylaşdığı fikirlərini olduğu kimi təqdim edir:

- Seçmə mərhələ oyunları bitdi, bir az başımız açılıb. İndi son günlər baş verənlərə münasibət bildirməyə vaxt ayıra bilərəm. Əvvəla, onu qeyd edim ki burda yazılanlar mənim öz baxışımdı,bu mənim profilimdi və öz fikirlərimi yazıram. Yazacaqlarımın CBC sport kanalında çalışan dəyləri dostlar və həmkarlarıma aidiyyəti yoxdur,onlara olan hörmətim sonsuzdur. Konkret olaraq kanalın direktoru İlham Rüstəmov haqda danışaq. İtaliya ilə oyundan öncə Rüstəmov mətbuata müsahibə verib və qeyd edib ki...

“UEFA əvvəlki yayımdan narazı qaldığı üçün CBC sporta müraciət edib, buna səbəb sözügedən kanalın Premyer Liqanın oyunlarını yüksək səviyyədə nümayiş etdirməsidi..Oyunu yerli kanallardan İTV versə də, çəkilişi biz aparacağıq”.

Gülməlidir. Buna deyərlər hamam suyu ilə dost tutmaq. Birincisi, çəkilişi CBS Sport yox, “Saran holding” həyata keçirib.Bu şirkət dünyada bir çox qurumlarla əməkdaşlıq edir. İkincisi, hər oyunda UEFA-nın nümayəndələri işləyir, izləyir, hesabat hazırlayır. Və hər oyundan sonra ünvanımıza çəkilişin keyfiyyətinə görə təşəkkür məktubu daxil olub. UEFA bizdən tam razıdır. Məlumunuz olsun ki, təşəbbüs AFFA-dan gəlib. Məhz AFFA UEFA-ya müraciət edib. UEFA Avropa yayım Birliyinə (EBU) AFFA-nın bu istəyini çatdırıb. EBU-dan bizə bu haqda məlumat verilib və bizim məsələyə münasibətimizi öyrəniblər. Biz də bu qurumlara güvənib , anlayış göstərərək razılıq vermişik. Bizim razılığımız olmasaydı, bu qurumlardan heç biri çəkiliş haqda qərar verə bilməzdi. Yayımçı bizik, son qərarı biz veririk. Vəziyyət belədi. Danışıqlarda CBC sport adı ümumiyyətlə çəkilməyib. Burada özünü xilaskar kimi qələmə verib,digərlərinin əməyini aşağılayıb xal qazanmaq yersizdi. İlham bəy sırımaq istəyir ki, UEFA “Kəpəz”- AZAL oyununu izləyib bir könüldən min könülə aşiq olub çəkilişə. Çəkilişiniz dünyada ən yaxşı da ola bilər. Həmkarlarımın işini müzakirə edib nöqsan axtaracaq qədər tərbiyəsiz deyiləm. Mən ancaq bizə ünvanlanmış ittihamlar haqda yazıram. Sözümün canı odur ki, UEFA sizi tanımır ümumiyyətlə, AFFA-nı tanıyır. Sizə də heç bir müraciət olmayıb. Bu haqda telefon danışığımızı yadınıza salın. Yalan danışmayın.

Davam edək. Oyun günü İlham bəy facebook səhifəsində paylaşdığı şəkilin altına belə yazır:

“CBC Sport готов к съемке. Поможем нашим коллегам”

və ardınca gülüş smaylikləri. Öz aləmində məzələnir də guya. Yoldaş Rüstəmov, nə bizim, nə də digər telekanalların sizin köməyinizə ehtiyacı yoxdur. Hamını göbələk kimi görmək zəifliyinizdir. Həmkarlara qarşı hörmətsizlik isə heç kimə başucalığı gətirmir.

İstifadəçilərdən biri sual verir ki, bəs şərhçilər əvvəlkilər olacaq? İlham bəyin cavabı:

Так как в UEFA не понимают азербайджанского, да

Adam hörmətsizlik mərhələsini uğurla başa vurub və tərbiyəsizlik pillələri ilə zirvəyə doğru qalxır. Yəni ki, UEFA-da bizim dili başa düşsəydilər, şərhçiləri kənarlaşdırardılar. Artıq qeyd etdiyim kimi, UEFA sizə heç bir müraciət etməyib. 3 dəqiqəlik telefon danışığımızda necə çətinlik çəkdiyinizi hiss etdim. 4-cü cümlədən rus dilinə keçdiz. Siz mənim efirdəki işimə qiymət verə bilməzsiz. Çünki mənim leksikonuma aid sözləri anlamaq üçün sizə tərcüməçi lazım olacaq.11 ildir ki, bu sahədəyəm və heç vaxt öz həmkarlarıma qarşı hörmətsizlik etməmişəm. Bu əslində borcdur. Özünə hörmət eləyən ətrafındakılara mütləq hörmətlə yanaşmalıdır. Həmkarlarına da ön sırada. Amma hörmətli CBC Sport direktoru bu dəfə digər kanaldakı həmkarları haqda nə yazır:

Своих оппонентов нужно уважать.

Своих оппонентов нужно уважать.

Своих оппонентов нужно уважать.

Своих оппонентов нужно уважать.

Своих оппонентов нужно уважать.

НЕ МОГУ :)))))

Вы видели их ролик про то какие они пиздатые ?

Və bu da tərbiyəsizliyin zirvəsindəki taxt-tacla qovuşma. (Yazının bu yerində belə bir adama bu qədər vaxt ayırdığım üçün özümü qınayıram ) Kanal direktorunun həmkarlarına münasibətinə, işlətdiyi sözlərə diqqət yetirin. Rüsvayçılıq!!! Bəyənməmək haqqınız,hörmət etmək borcunuz,təhqirə keçmək isə səviyyənizdir. İlham bəy, siz kanal direktoru olsaz da, FİQUR deyilsiz. Bu məlumdur. Mənə maraqlı olan bilirsiz nədir? Sizə özünüzü belə aparmaq tapşırığı verilib , yoxsa bununla gündəmdə qalmağa çalışırsız? Açığı, 1-ci versiyaya inanmıram. Çünki, biz özümüzə qarşı layiq olduğumuz hörməti görmüşük həmişə. Yaxın günlərdə Elxan Məmmədovla görüşüb baş verənlər haqda danışmaq niyyətindəyəm. Qaldı ki, 2-ci varianta.. Rusiyada bilmirəm necədi.. Amma burda ancaq toy müğənniləri qalmaqalla, digərlərinin bostanına daş atmaqla reklam olunmağa çalışırlar. Paxıl biri deyiləm, tanıyanlar bilir. Hamının uğuruna sevinən tiplərdənəm. Sizə də uğurlar arzulayıram. Öz işinizlə məşğul olun,öz söhbətinizi edin, öz həyatınızı yaşayın. Rəhbərliyiniz altında olan kollektivdə bu sahədə möhür vuranlar var. Onlara layiq olmağa çalışın. Bir daha uğurlar arzulayaraq bildirirəm ki, mənim üçün bu mövzu sosial şəbəkədə artıq qapandı. Pərdə!




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31