20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

AVRO-2016: Bizim kapitanı da seçdilər

AVRO-2016-nın seçmə mərhələsinin qəhrəmanlarının adları açıqlanıb. Futbolxeber.az-ın məlumatına görə, UEFA-nın rəsmi saytı 13 ay davam edən marafon ərzində fərqlənən futbolçu və komandalarının siyahılarını tərtib edib. Müxtəlif göstəricilər üzrə fərqlənənlər siyahısında Azərbaycan millisinin üzvü də yer alıb. Bu, yığmamızın kapitanı Rəşad Sadıqovdu. 33 yaşlı müdafiəçi tsikli əvəzolunmadan keçirən oyunçular sırasında yer alıb.

Belə ki, UEFA-nın rəsmi saytı bütün matçlarda 90 dəqiqə meydanda olanların cədvəlini müəyyən edib. Cədvəldə yer alanların hamısı 10 oyunu əvəzolunmadan keçirib, ümumilikdə 900 dəqiqə meydanda mübarizə aparanlardır. 8 matç keçirənlər arasında isə əvəzolunmaz qeydə alınmayıb. Siyahıya 21 sahə oyunçusu daxil edilib.

Qapıçıların nəzərə alınmadığı cədvəldə Sadıqov da yer alıb. Siyahıda tanınmış futbolçulardan almaniyalı Cerom Boatenq, uelsli Eşli Uilyams, irlandiyalı Con Oşi, belçikalı Yan Vertongen də yer alıb.

“21-lik”də Azərbaycanla yanaşı, Lüksemburq, Avstriya, Rumıniya, Uels və Cəbəllütariq hərəyə 2, Polşa, Estoniya, İrlandiya, Almaniya, Ukrayna, Sloveniya, İslandiya, Kipr, Belçika və Malta 1 futbolçu ilə təmsil olunub.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30