20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Marselo Teşeyra: “Neftçi” ilə əməkdaşlıq etməyimizin 2 səbəbi var”

“2 gündür Bakıdayam. Hələ ki, şəhəri gəzməyə imkanım olmayıb. Yalnız “Neftçi”nin infrastrukturu ilə tanış olmuşam. Hiss olunur ki, təşkilatçılıq baxımından komandada hər şey yüksək səviyyədədir. “Neftçi” gələcəyi düşünür”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Neftçi”nin dəvəti ilə Bakıda səfərdə olan Braziliyanın “Fluminense” klubunun icraçı meneceri Marselo Teşeyra deyib.

Braziliyalı “Neftçi” ilə əməkdaşlıq barədə bunları söyləyib: “Hazırda biz “Fluminense” klubu olaraq dünyanın bir çox ölkələrini əhatə edən beynəlxalq layihə üzərində çalışırıq. “Fluminense”nin gənclərdən ibarət komandası Avropada keçirilən bəzi turnirlərin qalibi olub. “Neftçi”nin nümayəndələri də elə həmin turnirlərin birində tanış olmuşuq. Hazırda “Neftçi”nin formasını geyən Ailton da vaxtı ilə həmin turnirin ən yaxşı oyunçusu seçilib. Bu yaxınlarda “Neftçi”nin nümayəndələri Braziliyada oldular. Bu gün də mən Bakıdayam. Hazırda planlarımızı müzakirə edirik. Məqsədimiz odur ki, klubun yetirmələri Avropada, Çində, ABŞ-da oynasınlar.Xüsusi proqramımız var. Onun adı “yaxşı şəxsiyyət yarat ki, yaxşı futbolçu olsun”dur. Məncə, yaxşı futbolçu eyni zamanda yaxşı şəxsiyyət də olmalıdır. Avropada gənc oyunçularımız yeni mədəniyyətlə tanış olacaqlar. Onlara yad olan şəraitdə məşq edəcəklər. Braziliyalı oyunçular meydanda özlərini yaxşı tərəfdən göstərsələr də, ondan kənarda bəzi problemlərlə üzləşirik”.

“Fluminense” rəsmisi Avropada “Neftçi” ilə əməkdaşlıq etmələrinin səbəbini belə izah edib: “Bunun iki səbəbi var. Birincə səbəb odur ki, İngiltərə və ya İtaliyada bizim futbolçularımızın çıxış etməsi mümkünsüzdür. Çünki Braziliya Avropa birliyinə daxil deyil. Azərbaycanda isə belə problem yoxdur. Premyer Liqada hər klubun heyətində 5 legioner meydana çıxa bilər. İkinci səbəb isə odur ki, Azərbaycanda onlar həm də fərd olaraq inkişaf edəcəklər. Yəni, ünsiyyət qurmaq üçün ingilis dilini öyrənməli, yerli şəraitə uyğunlaşmalıdırlar”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30