20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Fluminense” üçün “Neftçi” kimi klubla əməkdaşlıq çox önəmlidir”

“Neftçi” PFK-nın dəvəti ilə Braziliyanın “Fluminense” klubunun nümayəndəsi Marselo Texeira Bakıda səfərdədir. Futbolxeber.az-ın məlumatına görə, “Fluminense” klubunun nümayəndəsi bu gün “Neftçi” PFK-nın 28 Mall Ticarət Mərkəzindəki üzvlük kartları məntəqəsinə baş çəkib. Marselo Texeira Bakı haqqında təəssüratları və “Neftçi” ilə əməkdaşlıq barəsində klubun rəsmi saytına danışıb: “Bakı ilə bağlı ilk təəssüratlarım haqqında onu deyə bilərəm ki, çox gözəl və möhtəşəm şəhərdir. Tarixi memarlıq abidələrinin yeni tikililərlə vəhdəti şəhərə yaraşıq verir. Burada gördüklərim mənim üçün xoş sürpriz oldu. “Neftçi”də çıxış edən futbolçulardan Ailtonu 17 yaşından tanıyıram. Uzun müddət biryerdə çalışmışıq.“Neftçi” nümayəndələri ilə Almaniyada, gənc futbolçular arasında keçirilmiş turnirdə tanış olmuşduq. Bizim aramızda gələcək əməkdaşlıq haqqında danışıqlar olmuşdu. “Fluminense” üçün “Neftçi” kimi klubla əməkdaşlıq çox önəmlidir. “Neftçi”nin icraçı direktoru və idman direktoru ilə Braziliyada görüşmüşdük. Onlar bizim futbolçularımızla söhbət apardılar və iş üslubumuzla tanış oldular. Daha sonra biz Bakıya dəvət olunduq”.

 


neftchipfk.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30