29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Robert Prosineçki: “Nə qədər ki, Azərbaycan millisinin baş məşqçisiyəm, o yığmada oynayacaq”

Sabah milli komandamız Avro-2016-nın seçmə mərhələsində səfərdə Bolqarıstanla qarşılaşacaq. Futbolxeber.az-ın qol.az-a istinadən verdiyi məlumata görə, yığmamızın baş məşqçisi Robert Prosineçki bu gün oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Xorvat mütəxəssis ilk öncə oyun haqda danışıb:

- Oyuna ciddi hazırlaşmışıq. Yaxşı nəticə qazanmaq istəyirik. Rəqibin sürətli hücumçuları var. Bilirik ki, bizə çox çətin olacaq. Ancaq biz oyuna hazırıq.

- Adətən oyundan öncə heyəti açıqlayırsınız.

- Üç mövqedə dəyişiklik edəcəyik. Kamran Ağayev, Məhəmməd Mirzəbəyov, Ruslan Abışov, Maksim Medvedyev, Rəşad Sadıqov, Qara  Qarayev, Rahid Əmirquliyev, Dmitri Nazarov,  Əfran İsmayılov, Elnur Cəfərov, Ruslan Qurbanova start heyətdə şans verəcəm. 

- Bolqarıstanlı azarkeşlər sabahkı oyuna az maraq göstərir. Bu, Azərbaycan millisinin səfərdən xalla dönməsinə nə dərəcədə kömək edəcək?

- Biz futbolu azarkeşlər üçün oynayırıq. Əgər bilet az satılıbsa, buna təəssüf edirik. 

- Xorvatiya ilə oyundan sonra rəqib komandanın baş məşqçisi istefaya göndərildi. Sabahkı oyunla da digər həmkarınızı yola sala bilərsiniz?

- Bu barədə fikirləşmək istəmirəm. Mən hər bir oyunu udmaq istəyirəm. Amma kimin istefa verəcəyini fikirləşmirəm. Ümid edirəm ki, nəticədən asılı olmayaraq Petev işinə davam edəcək. Çünki o Bolqarıstan millisinə yeni təyin olunub.  Biz isə qələbə qazanmaq istəyirik. 

- Rahid Əmirquliyevin xeyli zəifləmiş “Xəzər Lənkəran”da oynaması onun milli karyerasına necə təsir edəcək?

- Rahidlə bu barədə bir neçə dəfə söhbət etmişəm. Mən milli komandamın məşqçisiyəm. Mənim üçün Rahidin harda oynamasının fərqi yoxdur. Nə qədər ki, Azərbaycan millisinin baş məşqçisiyəm, Rahid yığmada oynayacaq.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31