18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Sakit yat, Sakit! YAZI

Ağırıdı, çox ağır... Sözlə ifadə etməyəcək qədər ağır. Səhəri Sakit Alıyevin ölüm xəbəri ilə açmaq. Sakitin bu səhəri açılmadı. Əslində çoxdandı səhərləri zülmət olmuşdu onun.

Sakit Alıyev mənim üçün təkcə avrokuboklarda Azərbaycanı təmsil etmiş ilk komandamızın kapitanı deyildi. Böyük insan idi həm də. Cəmi bir dəfə eyni masa arxasında əyləşib çay içmişdik. O qədər xatirələr yada saldı ki... Dedi, qismət olar, danışarıq.

Yenicə yaranmış "Turan"ın ilk futbolçusu idi, Sakit! Sakit Alıyevin fövqəl futbolçu keyfiyyətləri yox idi. Amma meydanda əzmi, komandası üçün canını qoymağı və ən əsası, liderliyi hər şeyə dəyərdi. Tovuzlu azarkeşlər "əgər heyətdə Cəfər və Sakit varsa, arxayınıq" deyərdi. Adı Sakit olsa da, çılğınlığı təkcə dostu "Cəfər"dən (Nizami Sadıxov) geri qalardı - o da bəlkə.

Doğma "Turan"ına sadiq qaldı. Karyerasında cəmi bir il (!) "Kəpəz" səhifəsi oldu, bu komanda ilə də çempionluq yaşadı.

"Turan"da oynadığı illərdə bir "Jiquli 06" hədiyyə etmişdilər ona. Xəstələndiyi günə qədər həmin avtomobili sürdü.

Xəstəliyi 4 il çəkdi. Bu 4 ildə xəstəlikdən də çəkdi. Bir də diqqətsizlikdən. Amma Avropada, Rusiyada olunacaq bir əməliyyatla Sakiti ayağa qaldırmaq olardı. Buna da "qismət" deyib, keçəcəyik.

Sakit Allahın ona yazdığı ömrü kişi kimi yaşadı. Geridə xatirələri və bir də anadangəlmə epilepsiya xəstəliyindən əziyyət çəkən övlad saxladı.

Sakit yat, Sakit! Ruhun şad olsun.

Gündüz Abbaszadə, komanda.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30