Ölkə futbolu
Ramin Musayev: “Mənim komandam həmişə “Neftçi” olub”
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin müsahibəsi
- Ramin müəllim, əksəriyyət sizi tanıyır, ən əsas da futbolçular və jurnalistlər. Sizi daha yaxından tanıyaq. Ramin müəllim harda böyüyüb, məktəb illəri harda keçib?
- Qızım, mən 1963-cü il 26 aprel tarixində Gürcüstanın Bolnisi rayonunda doğulmuşam. Məktəb illərim də orda keçib, deyim ki, sakit uşaq olmuşam, yox. Çox nadinc olmuşam, idmanı sevən olmuşam, ailədə üç bacı, üç qardaş olmuşuq. Məktəbi də Gürcüstanda oxumuşam, Ədəbiyyatı, Tarixi yaxşı oxumuşam. Azərbaycan tarixini yaxşı oxuyurdum, öz tariximizi bilmək borcumuzdur. Ondan sonra Bakıya gəldim, gəlişimin səbəbi universitetə daxil olmağım idi. İnşaat Mühəndisləri İnstitutunu oxumuşam. Müəllimlərim məni çox istəyirdi, kişi kimi xasiyyətdə uşaq olmuşam. Məktəb illərim maraqlı keçib.
- Universitet illəri maraqlı keçir. Xanımlarla dostluğunuz alınırdı, yoxsa sevmirdiniz dostluq etməyi?
- Əslində kişi məclisini daha çox sevmişəm, həmişə universitet illərində ətrafımda daha çox oğlan olub, xanımlar az idi, amma bu, o demək deyildi ki, dostluq eləmirəm. Mənim ümumiyyətlə, insanlarla münasibətim həmişə yaxşı olub, yəni dava-dalaş sevən deyiləm.
- Sistem işi asan deyil, bəs futbol və sistem bir-birinə tərs-mütənasib deyildi ki?
- Dediyim kimi, mən İnşaat Mühəndisləri İnstitutunu bitirmişəm, uzun illər sistem sahəsində çalışmışam. Bir işi görəndə onu məsuliyyətlə etmək lazımdır - hansı işdə olmağının fərqi yoxdur. Sistem sahəsində çalışanda da məsuliyyətim yerində idi, futbolda da. Bir müddət futbolla tanış olmağa başladım, sonra bir müddət “Neftçi”nin vitse-prezidenti kimi çalışdım. Bu gün futbol sahəsindəyiksə futbolumuz üçün az da olsa nəsə etməyə çalışırıq. 2008-ci ildən Peşəkar Futbol Liqasının prezidenti vəzifəsində çalışıram.
- Kişilər təmənnasız futbolu sevir. İlk dəfə futbol, qol, azarkeş hissi, tribuna, stadion, ab-hava! Bütün bunlar hansı kluba aid oldu və neçənci illər idi?
- O vaxtlar internet, radio, televiziya, kanallar belə inkişafda deyildi, “Araz” adlı stansiya vardı, biz ona qulaq asırdıq. Otururduq dostlarımızla radioda o səsi gözləyirdik ki, bu dəqiqə qol olacaq. Təbii ki, mənim həmişə komandam “Neftçi” olub, qol səsini, həyəcanını səbirsizliklə gözləyirdik. Oyunlar çox maraqlı keçirdi, stadion həmişə dolu olardı, o vaxt azarkeş sevgisi də başqa cür olurdu. Kim deyir ki, Azərbaycanda futbol yoxdu! Səhv fikirdi. Niyə yoxdur ki? Son illər inkişaf etdiyindən hələ yaxşı yerdəyik, yaxşı futbolçularımız da var.
- Demək olar ki, çox klubumuzun uğurlarından danışa bilərik, amma məhz sizin oyununu bəyəndiyiniz klub hansıdır?
- Əslində klublarımızın hamısı yaxşıdır, həm oyunları, həm nəticələri. Son vaxtlar “Sumqayıt”ın oyununu bəyənirəm, “Azal” da yaxşıdır, “Qarabağ”ın isə sözə ehtiyacı yoxdu, “Neftçi” isə mənim gənclik komandamdır.
- Futbolda dava, söyüş normaldır sizcə? Çünki bir neçə futbolçumuz buna riayət etmir.
- Futbolda emosional olursan, stress, gərginlik olur, amma bu, o demək deyil ki, sən söyüş söyəsən. Düşünməlisən ki, sən tək deyilsən. Azarkeşlər var, komanda yoldaşların, hakimlər, baş məşqçi və s. var. Söyüş söymək olmaz, özünü bərk tutmalısan, amma dava olmağı normaldır, çünki bir neçə saniyə belə futbolçular öz stresslərini bir-birinə dava şəklində bildirirlər. Lakin bu, o demək deyil ki, sən stadiona daxil oldunsa dava eləməlisən, xeyr. Yaxşısı odur ki, kontrol edib yaşıl örtüyə daxil olasan.
Bir şeyi qeyd edim, məsələn, niyə Rəşad Sadıxov haqqında pis rəy, söz, söyüş eşitmirik?! Deməli insan özünü aparmağı bilir, yaxşı futbolçu olmaqla yanaşı, yaxşı insan da olmalısan!
- Siz futbolçularla heç bu mövzuda danışmısız?
- Mən bir neçə futbolçumuz var ki, onlarla şəxsən burda oturub danışmışam, nəyisə başa salmışam. Başa düşüb, amma üstündən bir müddət keçib, yenə eyni şey təkrar olub.
- Xəbərləri oxuyursuz, saytlardan məlumatınız olur. Özünüz haqqında mənfi yazı, söz, cümlə görəndə necə olursuz?
- Əslində tərifi çox sevən adam deyiləm, amma düzünü danışmaq lazımdır. Açıram xəbəri baxıram, yazılıb “Ramin Musayevin ürəyi getdi”, nə bilim nə oldu. Halbuki mən oturmuşam yerimdə, o cür insanlar səviyyəsizdilər. Bunu çəkinmədən deyirəm, açırlar bir sayt, reytinq olsun deyə mənə sataşırlar. Pul qazanmaq istəyirsən? Kimisə təhqir edərək qazanacaqsan? Mən jurnalistlərlə oturmuşam, söhbət də etmişəm. Hansısa biri deyə bilər ki, Ramin müəllim bizə dedi ki, məndən yaxşı yazın? Yox, təbii ki, əksinə, deyirəm məni yalandan tərifləməyin, sevmirəm. Jurnalistika gözəl peşədir, amma hansısa iki nəfərə görə peşəni ləkələyirlər.
- Deyirlər futbol bir az da şounu sevir. Məsələn, Ronaldo jestləri ilə daha çox yadda qalır, azarkeşlər onun futbol oynamağından çox, şou göstərdiyini deyir. Bizim klublarda, bizim futbolçulardan oyuna çıxanda futbol yox, məhz şou göstərənlər varmı?
- Əlbəttə, yaxşı futbol oynayan da var, şou göstərən də, özünü göstərən də, yalandan fırlanan da... Amma yaxşı oyunçularımız da var.
- Heç kəs ideal deyil! Bu kəlməni hamımız istifadə edirik. Bəs sizin özünüzdə bəyənmədiyiniz və əksinə olan hansı xüsusiyyətlər var?
- Tez inanan insanam, biri bir şey desin tez inanacam, bunu özümdə sevmirəm.
- Hər gün içdiyiniz içki?
- Hər gün çay içməyi sevirəm (gülür).
- Saat kolleksiyası toplayırsınız deyəsən?
- Çox sevirəm saatları, 15-16 dənə saatım var, bəyəndiyim saatları yığıram, hədiyyə aldıqlarım da olub.
- İlk hədiyyə aldığınız xanım?
- İlk hədiyyəni anama almışam, o da almaq sayılmazdı, bağdan gül dərib gətirib anama vermişdim. Hədiyyə verməyi sevirəm.
- “Yox” sözünü tez-tez istifadə edirsiniz?
- Qətiyyən, kimsə nəsə xahiş edirsə, ehtiyacı olursa, yox demirəm. Çalışdığım qədər, bacardığım qədər yardım edirəm.
- Azərbaycan futboluna ən çox nəyi arzu edirsiniz?
- Problemlər var idi, stadion, bazalar və s. ilə bağlı. Amma cənab Prezidentin, hörmətli Rövnəq müəllimin sayəsində bunlar öz həllini tapdı. Amma istəyərdim ki, hər bölgənin öz klubu olsun, inkişaf etsin. Yaxşı talantlı uşaqlarımız var bölgələrimizdə, onlar inkişaf etməlidir.
- Nəyə görə oğlunuz futbola davam etmədi?
- Bir oğlum, bir qızım var. Oğlum futbolla məşğul idi, amma daha çox təhsilini davam etdirməyini istəyirəm. Təhsil almaq, oxumaq insan üçün ən vacib amildir. Hal-hazırda Avropada təhsilini davam etdirir.
Mənbə: oxu.az
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
-
18:28
"Bağçam"ın IV Şahmat Festivalı başa çatdı
-
17:50
U-17 millimiz Özbəkistana məğlub olub
-
17:36
AFFA Premyer Liqa klublarının maliyyə menecerləri üçün seminar keçirib
-
17:14
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
-
16:43
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
-
16:27
Ağadadaş Salyanski: “Bojoviç nə qərar versə, o da olacaq”
-
16:05
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
-
15:52
Azərbaycanlı basketbol məşqçilərinə sertifikatlar təqdim olunub
-
15:38
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi
-
15:11
"Qəbələ"nin futbolçusu əməliyyat olunub
-
14:49
Azərbaycanın üç bədii gimnastı Bolqarıstandakı turnirdə iştirak edəcək
-
14:04
PFL hakim təyinatlarını açıqladı
-
13:56
Juninyo: "Qarabağ"la 2 illik müqaviləm var, amma...”
-
13:25
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
-
13:12
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
-
13:00
Matias azarkeşlərdən üzr istədi, boykotu düzgün saymadı: “Klubun adı oyunçulardan üstün olmalıdır”
-
12:33
Musa Qurbanlı: "Yayda nələr olacağını birlikdə görəcəyik"
-
11:49
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
-
11:27
Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib
-
11:14
"Atalanta" İtaliya kubokunun finalında VİDEO
-
11:06
Finalda təkrarlanan 6-cı cüt
-
10:58
"Mançester Yunayted" 3 xalı 4 qolla qazandı VİDEO
-
10:45
Patrik Andrade: “4 qolluq qələbələr üzümüzü güldürür”
-
10:32
"Trabzonspor" finala yaxınlaşdı VİDEO
-
10:23
“Qarabağ” “Neftçi”yə çatdı
-
10:11
Çempionluq yolunda "Liverpul"a ağır zərbə VİDEO
-
09:59
Azərbaycan kubokunda yeni rekord
-
09:47
PSJ-dən 4 qollu qələbə VİDEO
-
09:30
"Qəbələ"də 300-cü oyun
-
22:39
Qurban Qurbanov: “Bəli, mənə müəllim, hoca deyirlər, amma...”
-
22:14
Bojoviç: “...gözləmək lazımdır”
-
22:00
Avropa çempionatı: Azərbaycan boksçusu yarımfinala vəsiqə qazanıb
-
21:48
"Zirə" və "Qarabağ" finalda
-
21:26
"Qarabağ" - "Neftçi" matçında 5 qol VİDEO
-
20:11
Sxadadze: “Zirə” həm yaxşı oynadı, həm də xarakter göstərdi”
-
19:23
"Zirə"ni finala yüksəldən qələbə VİDEO
-
18:57
Rəşad Sadıqovdan qələbə şərhi VİDEO
-
17:05
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
-
16:48
Region Liqası: Finalın yeri və başlama saatı müəyyənləşib
-
16:12
“Qəbələ” - “Zirə”: Heyətlər açıqlandı
-
15:24
Zubir Liqa 1 klubunun hədəfində
-
15:09
Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib
-
14:56
“ETOPAZ”ın baş sponsorluğu ilə “Fire League”da növbəti tur başa çatıb FOTOLENT
-
14:30
“Zirə”nin kapitanı: “Məqsədimiz finala çıxmaqdır”
-
14:03
"Səbail" məşqlərini davam etdirir FOTOLENT
-
13:41
Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
-
13:27
Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
-
12:55
Azərbaycan çempionatında ikinci finalçı müəyyənləşib
-
12:34
"Yurqorden" rəsmisi Musa Qurbanlının gedişini istisna etmədi
-
12:19
"Neftçi" "Qarabağ" önünə iki itki ilə çıxacaq