29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Canluici Buffon: “Azərbaycan artıq müdafiə olunmur”

"Biz həm səfərdə, həm də evdə çox oyun keçirmişik. Zəif komanda olsa belə, hər matçın əhəmiyyəti böyükdü”. Futbolxeber.az-ın məlumatına görə, bunu İtaliya yığmasının qapıçısı Canluici Buffon deyib.

“Skuadra Adzurra” Avro-2016-nın seçmə mərhələsi çərçivəsində sabah yığmamızın qonağı olacaq. Buffon onları çətin oyunun gözlədiyini bildirib: “Sabahkı matçın əhəmiyyəti böyükdü. Çünki final mərhələsinə vəsiqə qazana bilərik. Əlimizdən gələni edəcəyik ki, qələbə qazanıb, bu işi yekunlaşdıraq və diqqətimizi gələnilki Avropa çempionatına yönəldək. Sabahkı matçda sabiq dünya çempionlarından Barzaqli də çıxış edəcək. Mənim üçün xoşdu ki, 12-13 ildən sonra yenidən Bakıda meydançaya çıxacam”.

 Buffon millimizin hazırkı durumundan da danışıb:

“Azərbaycan yığması xeyli dəyişib. Yeni baş məşqçinin gəlişindən sonra hücum futbolu oynayır. Artıq müdafiə olunmurlar. Ona görə də, onlardan təhlükə gözləmək olar”.

 Veteran qolkiper sabah 150-ci matçına çıxacaqsa, yığmamızın kapitanı Rəşad Sadıqov da 100-cü görüşünü keçirəcək. Buffon bu barədə də fikir bildirib: “Rəşadın 100-cü oyunu olduğu və matçın yeni stadionda keçiriləcəyini nəzərə alıb, deməliyəm ki, çətin olacaq. Ancaq qol buraxmamağa çalışacam. Hədəfimiz bu görüşdə xal itirməməkdi” (apasport.az).

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31