19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Antonio Konte: “Çalışacağıq sensasiya olmasın”

“Son bir həftədə yaxşı məşqlər keçdik”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri İtaliya yığmasının baş məşqçisi Antonio Konte deyib.

“Skuadra Adzurra” Avro-2016-nın seçmə mərhələsi çərçivəsində sabah Azərbaycan yığmasının qonağı olacaq.

Konte qarşılaşma öncəsi təşkil edilən mətbuat konfransında sözlərinə bu cür davam edib: “Xoşagəlməz hadisə Pirlonun məşq zamanı zədə almasıdı. O, sabah oynamayacaq. Ancaq əsas sabahkı oyundu”.

- Məşqlə bağlı şübhəniz var?

- Xeyr, heç bir şübhəm yoxdu. Hər şey normaldı. Sabah meydana çıxıb qələbə qazanmağa çalışacağıq.

- Bir il əvvəl demişdiz ki, bu yolda təkəm. İndi necədi vəziyyət?

- Sizin də dediyiniz kimi, bir il keçib. Artıq fikirlər dəyişib. İndi enerjimizi toplayıb qarşıdakı oyunlara yönəltməliyik. Qarşıda Avropa çempionatı var. Bütün diqqətimizi ona cəmləmişik.

- Sabah aqressiv İtaliya görəcəyik?

- Bizim üçün çətin oyun olacaq. Xorvatiya və Norveçlə heç-heçə və Malta üzərində qələbədən belə qənaətə gəlmək olar ki, Azərbaycan yığması güclüdü. Yeni baş məşqçi ilə daha da güclənib. Amma bizim hədəfimiz qələbə qazanmaqdı. Ümid edirik ki, sabah final mərhələsi məsələsini yekunlaşdıracağıq.

- 4-4-2 taktikasında çıxış edəcəksiz, yoxsa 4-3-3?

- Bizim oyunçular hər iki taktikada oynaya bilirlər. Bacarıqlı futbolçulardı. Hansı tapşırığı versəm, ona əməl edəcəklər.

- Pirlonun yoxluğu hiss olunacaq?

- Pirlo çox güclü futbolçudu. Ancaq çalışacağıq onun yoxluğunu hiss etdirməyək.

- Komanda tez-tez taktika dəyişir. Bu, oyunçulara necə təsir edir?

- Bizim seçdiyimiz futbolçular yığmada oynamağa layiqdilər. Onlardan razıyam. Düzdü, əvvəlcə 3-5-2-dən yararlandıq. Sonra müəyyən dəyişikliklər etdik. İstənilən taktikada oynamağa qadir futbolçulara sahibik.

- İtaliya Futbol Federasiyasının prezidenti sizinlə iki illik müqavilə imzalamaq istədiklərini deyib. Siz nə düşünürsüz?

- Bizim indiki hədəfimiz final mərhələsinə vəsiqə qazanmaqdı. Ondan sonrakı hədəf qitə birinciliyində qrupdan çıxmaq olacaq. Federasiya prezidenti də minnətdaram ki, işimizi yüksək qiymətləndirir.

- İtaliya yığması 48 oyundu uduzmur. Sabah bu tilsim sına bilər?

- Biz çalışacağıq bu seriyanı davam etdirək. Amma asan olmayacaq. Yeni stadiondu, azarkeşlər çox olacaq və burda ilk milli oyun olacaq. Təbii ki, Azərbaycanla İtaliya yığmalarının futbolçuları eyni səviyyədə deyil. Ancaq biz rəqibə hörmətlə yanaşırıq. Sabah çalışacağıq sensasiya olmasın.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30