23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

"Sumqayıt"ın əvəzedicilərini İlham Yadullayev çalışdıracaq

"Sumqayıt" Futbol Klubunda əvəzedici komandanın baş məşqçi məsələsinə aydınlıq gəlib. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, İlham Yadullayev mövsümün sonuna qədər əvəzedicilərin baş məşqçisi vəzifəsinə təyin olunub. Adıçəkilən çalışdırıcı təyinatı ilə bağlı klubun rəsmi saytına açıqlama verib: "İlk növbədə "Sumqayıt" Futbol Klubunun rəhbərliyinə minnətdarlığımı bildirirəm ki, bu vəzifəni mənə həvalə etdilər. Təxminən il yarımdır ki, bu klubda baş məşqçi Aqil Məmmədovun köməkçisi kimi çalışırdım. Bu müddət ərzində kifayət qədər təcrübə topladığımı deyə bilərəm. Artıq məni daha çətin iş gözləyir, məsuliyyətim xeyli artacaq. Çünki, artıq baş məşqçi olacağam deyə bütün suallar mənə ünvanlanacaq".

Lider komandaya gəlməyin çətinliyindən danışan İlham Yadullayev məşqçilər korpusuna da aydınlıq gətirib: "Açığı, işimin çətin olacağını bilirəm. Samir Abasov mənə hazır komanda verib. Fikirləşirəm ki, heç bir dəyişikliyə ehtiyac yoxdur. Lider komandada nəisə dəyişməzlər. Mənim əvəzedici komandada baş məşqçi kimi əsas vəzifəm "Sumqayıt" Futbol Klubunun akademiyası ilə sıx iş birliyi və əsas komanda üçün futbolçu hazırlamaq olacaq. Düşünürəm ki, Samir müəllimlə mütəmadi işləyib ümumi plan üzrə hərəkət edəcəyik. Komanda hazırda liderdir və mən mövsümün sonunda da bu komandanın lider olması üçün əlimdən gələni edəcəyəm. Köməkçilərimə gəlincə, bu işdə mənə qapıçılar üzrə məşqçi Etibar Şükürov və Zaur Hidayətov kömək edəcək".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30