20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Qara Qarayev: “Bizimlə oyun İtaliya üçün çox önəmlidir”

"İtaliya qrupun lideridir. Ancaq onlar hələ Avropa çempionatının final mərhələsində vəsiqəni təmin etməyiblər. Ona görə də bizimlə oyun onlar üçün çox önəmlidir". Futbolxeber.az-ın qol.az-a istinadən verdiyi məlumata görə, bu sözləri Azərbaycan millisinin futbolçusu Qara Qarayev UEFA-nın rəsmi saytına açıqlamasında deyib.

Qarayev sabahkı matçın çətin keçəcəyini bildirib: "İtaliya sabahkı görüşdə qələbə qazanmaqla son turun oyununa rahat çıxmaq istəyirlər. Hazırda onların çox güclü heyətləri var. Bizim üçün çox çətin olacaq. Ancaq bu faktdır ki, Azərbaycan millisi son görüşlərdə yaxşı nəticəyə imza atır. Üstəlik doğma azarkeşlər qarşısında oynamağımız bizə müsbət təsir edəcək".

Qarayev həmçinin yığmanın kapitanı Rəşad Sadıqovun sabah yubilyev, 100-cü matçına çıxacağına da münasibət bildirib: "Rəşad Sadıqov həm “Qarabağ”ın, həm də milli komandanın lideridi. Bu, artıq uzun illərdi ki, belədir. Onun millidə 100-cü matçına çıxması çox şeydən xəbər verir. Arzu edirəm ki, o uğurlu çıxışını davam etdirsin və yığmada 150, 200-ci görüşünü keçirsin".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30