25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"Neftçi" - "Qəbələ" matçının keçiriləcəyi stadion müəyyənləşib

Azərbaycan Premyer Liqasının VIII turunda "Neftçi" və "Qəbələ" komandalarının görüşü İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutacaq. Bu barədə "Report"a klubun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, "Qəbələ" Avropa Liqasının qrup mərhələsinin oyunlarını paytaxt klubuna məxsus "Bakcell Arena"da keçirdiyi üçün çempionat oyununun məkanı dəyişdirilib.

Əyalət klubunun beynəlxalq arenada Azərbaycanı təmsil etməsi nəzərə alınaraq bu cür addım atılıb. Hər iki klubun nümayəndələri arasında keçirilən görüşdən sonra razılığa gəlinib ki, ot örtüyünün yüklənməməsi, meydançanın normal vəziyyətdə qalması səbəbindən "Neftçi" - "Qəbələ" oyununun keçirilmə yeri dəyişdirilsin.

Qeyd edək ki, "Neftçi" - "Qəbələ" qarşılaşması oktyabrın 18-də keçiriləcək. "Qəbələ" Avropa Liqasının qrup mərhələsində Almaniya "Borussiya"sı ilə oktyabrın 22-də üz-üzə gələcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30